“Həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb” – Baş Prokurorluqbackend

“Həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb” – Baş Prokurorluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən Инфотека24 və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davrandığını əks etdirən videogörüntülər yayılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib ki, ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb:

“Hazırda bununla bağlı tərəfimizdən araşdırma aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.