“Həmin vaxt şagirdlər yuxuda olublar” – Qəzanın səbəbi bilindibackend

“Həmin vaxt şagirdlər yuxuda olublar” – Qəzanın səbəbi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblilərin qəzaya düşməsilə bağlı yeni təfərrüatlar məlum olub.Tia.az xəbər verir ki, ötən gün axşam saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində Qəbələ rayonundan gələn Bakı şəhər 279 saylı məktəbin şagird və müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya aparılıb. Onlardan 2-si Bakıdakı xəstəxanalara köçürülüb, digər xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Sözügedən məktəbdən Modern.az-a bildirilib ki, qəzaya düşən uşaqlar ibtidai sinif şagirdləri olub. Səfər məktəb rəhbərliyindən icazəsiz təşkil olunub.

“Şagirdlərin bəziləri yaxın qohumlardır. Onların arasında müxtəlif siniflərdə oxuyanlar da olub. Müəllimlərdən yalnız biri ibtidai sinifdə çalışır. Həmin müəllim validenylərin dəvəti ilə gedib. Həmin müəllim iki uşaq anasıdır. O, hadisə zamanı ağır xəsarət alıb. Hadisə axşam saatlarında olduğundan uşaqlar yatmış vəziyyətdə olublar. Hadisə anidən baş verib. Qəza uşaqlar arasında təşvişə səbəb olub. Qəza nəticəsində yaralananlardan biri 8-ci sinifdə oxuyan qızdır. Onun ayağı sınıb, əməliyyat olunacaq. Digər yaralı bizim məktəbdə oxuyan oğlandır. O, avtobusda ön sıralarda əyləşib. Qəza zaman avtobusun şüşəsinə çırpılaraq yola düşüb”, – deyə məktəbdən verilən məlumatda qeyd olunub.

İlkin ehtimala görə, qəzaya sürücünün yuxulaması səbəb olub.

Qeyd edək ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb.