Tribuna İnformasiya Agentliyi

” HƏMAS” 3 fələstinlini edam etdi

06 Aprel

TİA.AZ İsrail mətbuatına istinadən xəbər verir ki, edam edilən fələstinlilər İsraila casusluq etməkdə ittiham edilirlər. 

TİA.AZ İsrail mətbuatına istinadən xəbər verir ki, edam edilən fələstinlilər İsraila casusluq etməkdə ittiham edilirlər.

Həmas polis idarəsindən bildirilib ki, 32, 42 və 55 yaşlı şəxslər İslam qanunlarını kobud şəkildə pozaraq vətənə xəyanət ediblər. Onlar Həmasa xəyanət etdikləri üçün ən ağır cəzaya layiq görülüblər.

“İslam hüquq və qanunları əsasında İsrail dövlətinə cəsusluq edən xəyanətkarlar ölüm cəzasına layiq görüldülər. Cəza dərhal və təxirəsalınmadan yerinə yetirildi. Onlar edam edildilər”, – deyə Həmas polisindən bildirilib.

Hazırda polis Həmas liderlərindən biri olan Mazin Fukahanın qətli ilə bağlı araşdırmalara başlayıb. Yerli mətbuat edam edilən 3 nəfərin bu qətldə ittiham olunmadıqlarını yazır. Lakin ehtimal edilir ki, həmin cəsusların verdiyi informasiyalar sayəsində Həmas liderinin olduğu yer və vaxt müəyyən edilib.