Həm peyvəndlənənlər artır, həm yoluxanlar: bu, necə olur? – İnfeksionistbackend

Həm peyvəndlənənlər artır, həm yoluxanlar: bu, necə olur? – İnfeksionist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Peyvəndləşmə ilə bağlı qərar sentyabrın 1-dən qüvvəyə minəcək. Sentyabrın 1-dən əhalinin 80%-i birinci vaksinasiya prosesini keçmiş olmalıdır”.
Bunu açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev peyvənd olmayan şəxslərin ticarət mərkəzlərinə buraxılmaması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Həkimin sözlərinə görə, həmin müddətə kimi ticarət mərkəzlərinə giriş sərbəstdir:
“Ona kimi heç kəs deyə bilməz ki, sən peyvənd olunmamısan, mollara, ticarət mərkəzlərinə niyə gəlmisən. Əgər bizdə 50% peyvəndləşmə işi aparılıbsa, niyə gündə 2000-2500 yoluxma sayı var? Deməli, bu rəqəmlər qeyri-düzgündür. Demək, bizdə deyildiyi qədər peyvəbdləşmə işi getməyib, gedibsə də, formal gedib. Əgər bu gün əlində COVİD-in 2 dəfə peyvəndi vurulan şəxs yenidən virusa yoluxub reanimasiyada yatırsa, deməli, onu peyvən d edən həkim və tibb bacısı sorğuya çəkilməlidir. Demək, bu, reallığı əks etdirmir. Nə vurmusan bu insana, yaxud da niyə vurmamısan?”
Namiq Nəbiyev onu da əlavə edib ki, əgər bu gün Azərbaycanda 5 milyon insanda birinci peyvəndləşmə, 2 milyonunda ikinci peyvəndləşmə aparılıbsa, hazırda yoluxma sayı 2000  ola bilməz:
“Mən bir dəfə çıxışımda bildirmişdim ki, Azərbaycanda 5-7 milyon vaksinləşmə aparılarsa, maksimal yoluxma 1000-1200 olmalıdır. Bu gün fakt 5 milyon yox, normal 2-3 milyonun vaksin olunduğunu göstərir”