backend

Hələb əməliyyatı başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya qüvvələri Hələbi azad edib.  Suriya qüvvələri Hələbi azad edib. 

TİA.AZ  “PressTv”ə istinadən xəbər verir ki, Dəməşqin təxminən 3 həftə davam edən əməliyyatından sonra şəhər azad edilib.

İnsan Hüquqları üzrə Suriya müşahidə Şurası bildirib ki, Hələb uğrunda mübarizə başa çatıb və hökumət qüvvələri şəhərin silahlılar olan hissəsində təmizləmə aparır.

“İndependent”in məlumatına görə, silahlılar şəhərin şərqində yerləşən 6 qəsəbədən də çıxarılıb.

“Hələb uğrunda döyüş başa çatıb. Bu yalnız kiçik vaxt məsələsidir, nə çox nə az, Bu tamamilə dağılmadır”, – İnsan Hüquqları üzrə Suriya müşahidə şurasının direktoru Rami Əbdülrəhman deyib.

Suriya ordusu səhər saatlarında Şeyx Səidin azad edilməsindən sonra Hələbin 98%-nin azad edildiyini bildirmişdi.

Aralarında əl-Qaidə ilə əlaqəli olan təxminən 8 min terrorçu və 250 min mülki şəxs avqustdan bəri humanitar yardım və ərzaq təchizatından məhrum qalmışdı.