Həkimdən epidemioloji vəziyyətlə bağlı pozitiv açıqlama (VİDEO)backend

Həkimdən epidemioloji vəziyyətlə bağlı pozitiv açıqlama (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Peyvəndlənmə prosesi bu sürətlə davam edərsə, epidemioloji vəziyyət payızda sərt olmayacaq.
TİA.AZ  xəbər veirr ki, bunu ABR24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib.
O bildirib ki, mayın 25-dən sonra vaksinasiya prosesi sürətlənib:
“Prosesin sürətlənməsinə səbəb də COVİD pasportları məsələsinin gündəmə gəlməsidir. Sözügedən tarixdən etibarən gündəlik 40-60 min insanın peyvəndlənməsi baş tutur. Proses bu sürətlə davam edərsə, ayda 1.2 milyon, avqustun sonuna kimi isə 3.6 milyon peyvəndlənmə görə bilərik.
Bizim 7 milyon əhalinin peyvəndlənməsinə ehtiyacımız var. Artıq 3 milyon insan peyvəndlənib və 3.6 milyon insan da yayın sonuna kimi peyvəndlənsə, bizi çox da sərt olmayan payız gözləyə bilər”.