Həkim İlham Bayramov: Bir də görürsən ki, tibb bacısı koronavirusa resept yazırbackend

Həkim İlham Bayramov:“Bir də görürsən ki, tibb bacısı koronavirusa resept yazır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün koranavirus xəstələrini xəstəxanaya yerləşdirmək lazım deyil”
Bu sözləri TİA-az-a açıqlamasında infeksionist-həkim İlham Bayramov deyib. O qeyd edib ki, bu xəstəliyin müalicəsində xəstəyə individual yanaşma mütləqdir:
“Hazırda sağalanların sayı yoluxanların sayından çoxdur. Bu da öz növbəsində yaxşı əlamətdir, düşünürəm ki, belə davam etsə vəziyyət xeyli yaxşılaşacaq. Ümumiyyətlə, xəstəliyi düzgün qiymətləndirib, düzgün şəkildə müalicə yazılsa, daha yaxşı olardı.

Elə xəstələr var ki, onlarda virusun simptomları ağır deyil. Həmin xəstələr stasionar şəkildə xəstəxanalarda müalicə almasalar belə ev şəraitində müalicəni davam etdirməklə sağala bilərlər. Elə xəstələr də var ki, onların virusla yanaşı digər xəstəlikləri də olur. Bu zaman olduqca diqqətli davranmaq lazımdır. Bir də görürsən ki, tibb bacısı koronavirusa resept yazır. Olmaz. Məhz belə şeylər xəstəliklə mübarizəni çətinləşdirir. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar.”

Aytac Sahəd

TİA.AZ