Həftə sonu yolda qalanlar: Hamının taksiyə pulu var? – FOTObackend

Həftə sonu yolda qalanlar: Hamının taksiyə pulu var? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dandırılıb. Bu səbəbdən də həftə sonları dayanacaqlarda “manatlıq taksi” gözləyən yüzlərlə insan gözə dəyirdi.

TİA.AZ xəbər verir ki, son günlər “manatlıq taksi” ilə bağlı tətbiq olunan qadağalar həftə sonu insanların işini daha da çətinləşdirib.

Hazırda paytaxtın ən sıx nöqtələrində biri olan “Koroğlu” metrostansiyasının ətrafında yüzlərlə insan mənzil başına çatmaq üçün gözləyir. İctimai nəqliyyat yox, “manatlıq taksi”lər də qadağan edilib…

Səhər saatlarından etibarən sosial şəbəkələrdə bu məsələ ilə bağlı çoxsaylı narazılıq doğuran fikirlər yazılır.

Yolda qalan insanlar sual edir: “Biz işə necə gedək?”.

Ümid yalnız şirkət taksilərinə qalıb…//Musavat.com