“Həftə sonu ictimai nəqliyyatdan istifadə etmək olmaz: Bu, nə məntiqdir?” (EKSPERT)backend

“Həftə sonu ictimai nəqliyyatdan istifadə etmək olmaz: Bu, nə məntiqdir?” (EKSPERT)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şənbə və bazar günləri Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işinin dayandırılmasına dair qərar ləğv edilməlidir.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Hüseynov deyib. Onun fikrincə, bu qərarın özündə çatışmazlıq var:
“Həftə sonu ictimai nəqliyyatdan istifadə etmək olmaz. Bu, nə deməkdir? Hansı məntiqlə bu qərar qəbul edilib? İçtimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması təbii ki, insanların iş qrafikinin pozulmasına gətirib çıxardır. Hətta taksi xidmətlərindən istifadə müəyyən kateqoriyaya aiddir. Amma günü 7-10 manata işləyən adam həmin günü işini itirməmək üçün 10-15 manat taksiyə pul verir. Hətta bəzilərinin isə buna imkanı yoxdur, taksi xidmətindən istifadə edə bilmir. Bu isə əmək bazarına çox ciddi şəkildə neqativ təsir göstərməklə insanların çoxunun həmin günlərdə işləyə və müəyyən gəlir əldə edə bilməməsinə gətirib çıxardır”.
Rəşad Həsənov TƏBİB-in və Oiperativ Qərargahın təklif etdiyi modellərin bir çox məqamlarında nöqsan olduğunu vurğulayıb:
“Bu da həmin nöqsanlardan biridir. Çalışırlar ki, mümkün qədər daha az kütləvi toplaşma olsun. Amma bunun əvəzində metronu bağlayıb hamını avtobuslara doldurdular. Düşünürəm ki, bütün bunlar nəzərə alınmaqla bu qərarın özünün formalaşmasının əsasları yalnışdır və bundan sonra da davam etdirilməsi doğru deyil, ləvg edilməlidir”.