“Heç kimin məndən xoşu gəlmir” – Trampbackend

“Heç kimin məndən xoşu gəlmir” – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Prezidenti Donald Tramp koronavirus məsələsində birlikdə işlədiyi insanların yüksək etimada sahib olduğunu, ancaq bunun qarşılığını görmədiyini bildirib.
Bu barədə Donald Tramp Ağ Evdə təşkil olunan mətbuat konfransında açıqlama verib: “Xatırlayın, Dr. Fauçi bu hökumət üçün çalışır. Bizimlə işləyir. Başqa birini götürə bilərdik. Özünün və başqalarının tövsiyələrini dərhal yerinə yetirdik. Niyə virus məsələsində təqdir olunmuram? Heç kəsin məndən xoşu gəlmir. Bu, ancaq mənim şəxsiyyətimlə əlaqəli ola bilər”.
Qeyd edək ki, bu yaxınlarda ABŞ-ın Kvinnipek Universiteti tərəfindən aparılan anket sorğusuna əsasən, koronavirus mövzusunda insanların 67 faizinin Trampın açıqlamalarına inanmadığı məlum olub. Eyni anketə görə, Fauçinin açıqladığı məlumatlara inanan insanların nisbəti isə 65 faiz təşkil edib.