Tribuna İnformasiya Agentliyi

Heç kimi saymır, “protiv” gedir – Çünki o, avtobus sürücüsüdür – Foto

05 Oktyabr

Belə getsə avtobusların iştirakı ilə baş verən yol terroru davam etməkdə qalacaq

Son günlər ölkədə avtobusların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verir. Buna baxmayaraq sürücülər heç bir ibrət götürmür, daşıyıcı şirkətlər sürücülərə tam nəzarət etmir.

Avtosfer.az xəbər verir ki, bu gün Biləcəridən Beynəlxalq Avtovağzalın yaxınlığındakı dairə istiqamətinə hərəkət edən 90-VZ-566 qeydiyyat nişanlı, 29 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobusun sürücüsü əks istiqamətdə hərəkət edib. Görüntülər sosial şəbəkələrdə yayılıb.
Aidiyyəti qurumlar bu cür sürücülər barədə sərt tədbirlər görməlidir. Əks halda avtobusların iştirakı ilə baş verən yol terroru davam etməkdə qalacaq.