Tribuna İnformasiya Agentliyi

Heç bir qəlbi olmayan qatil maşınlar-dünya silah sənayesinin yeni fenomeni

15 Avqust

“Dronlar, pilotsuz sualtı qayıqlar, döyüş robotları -bütün bunlar süni intellektin inkişafının bir tərəqqisi olub, dünyadakı silahlanma yarışını daha da qızışdıran fenomenlərdir. Artıq gələcək zamanlarda maşınlar özləri ölüm və həyat məsələsini müəyyən edə biləcəklər”.

Musavat.com xəbər verir ki, bu cümlə Almaniyanın “Der Spiegel” jurnalının Konstantin fon Hammerştayn və Marsel Rozenbaxın araşdırma məqaləsində yer alıb.

Müəlliflər döyüş sistemlərinin getdikcə daha da avtomatlaşdırıldığını təşvişlə qeyd edirlər. Artıq pilotsuz uçan aparatlar (PUA) sərbəst şəkildə özləri qalxıb və enə bilirlər. Robotlar partlayıcı qurğuları asanlıqla aşkar edir və zərərsizləşdirirlər. Kompüterləşdirilmiş maşınların alqoritmləri döyüş zamanı əməliyyat bölgəsi barədə məlumat toplamağa, hədəfləri müəyyənləşdirməyə və hətta haraya dəqiq zərbələrin vurulacağını rahatca müəyyən etməyə qadirdirlər.

Yazıda qatil dron-maşınların gələcəkdə oynaya biləcəyi rol barədə alimlərin indidən həyəcan təbili çaldıqları qeyd olunur. Bu yaxınarda 4 mindən çox alim, mühəndis və sahibkar ölümsaçan avtomatlaşdırılmış maşınların ixtirası, istehsalı, satışı və istifadəsində iştirak etməyəcəkləri barədə bəyannamə imzalayıblar. Bunların içində “Google” şirkətinə aid olan “DeepMind”, “Tesla”nın sahibi İlon Mask, London Universitet kolleci kimi məşhur qurum və şəxslərin də adı var.
Lakin silahlanmanın yeni yarış sahəsinin qarşısının alınması artıq mümkün görünmür. Artıq daha çox dövlət döyüş robotlarının hazırlanması işinə qoşulmağa başlayıb.

Məsələn, İsrailin “Harpi” PUA-sı özü düşmənin radiolokasiya stansiyalarını axtarıb tapa və icazə olmadan onu məhv etməyə qadirdir.

Картинки по запросу harpy israel

Harpi

Rusiya “Oxotnik” adlı 6-cı nəsil döyüş təyyarəsinin konsepsiyasını təqdim edib. Həmin təyyarənin özəlliyi onun pilotsuz və müstəqil idarə edilməsindədir.

Картинки по запросу охотник самолет 6-го поколения

Oxotnik

ABŞ-ın “F-35” təyyarəsini isə havada uçan kompüter də adlandırmaq olar. Bu təyyarənin xüsusiyyəti ikinci pilotun funksiyasının kompüterin özü tərəfindən yerinə yetirilməsidir. Belə ki, təyyarəyə yazılan “Fusion” sistemi pilota yardım edərək maşının bütün kamera, radar, sensorlarını rahat şəkildə idarə edir.

Картинки по запросу F-35

F-35
ABŞ hərbi-sənayesinin nailiyyətlərindən biri də “MQ-25” avtonom PUA-sıdır. Bu PUA qanadlarının uc hissəsini özü yığaraq təyyarədaşıyıcı gəmidən özü qalxa bilir. Aparat F-35 təyyarələrini göydə yanacaqla təmin etməkdən tutmuş, döyüş tapşrıqlarının icra edilməsinə, hətta düşmən təyyarələrini vurmağa qədər hər işi bacarır.

Картинки по запросу MQ-25 US airforce

MQ-25

Silah ekspertlərinin fikrincə, gələcəkdə Qərb əhalisinin yaşlanması nəticəsində əsgərlərin funksiyalarını da robotlar yerinə yetirəcək. Məsələn, Almaniyanın F-15 freqatlarında (hərbi gəmi) qulluq edən şəxsi heyətin sayı indidən yarıya qədər azalıb. Gələcək dövrlərdə isə hərbi hissələrdə 1200 deyil, 250-300 əsgəri güclə tapmaq olacaq.

Yazıda “Həməs” və “İŞİD” kimi terrorçu təşkilatların da yeni silahlara olduqca maraq göstərdiyini və kommersiya dronlarını almaqdan ötrü külli miqdarda pul xərclədikləri qeyd olunur.

Картинки по запросу UAV İSİS

Məqalədə maraqlı bir tarixi əhvalat da yer verilib. Belə ki, 1983-cü ilin sentyabrın 26-da Moskva ətrafındakı “Serpuxov-1” məxfi bunkerində qəfildən həyəcan siqnalı verilir. Sistem amerikalıların 5 qitələrarası raket buraxdığını xəbər verir. Həmin vaxt hərbi hissənin rəisi polkovnik-leytenant Stanislav Petrov öz intuisiyasına arxalanaraq yalançı həyəcan olduğu barədə rəhbərliyə məlumat verir. Sonradan məlum olur ki, buludlar günəş şüalarını elə əks etdiriblər ki, sistem onları uçan raketlər sanıb. Yəni Petrov bir növ bəşəriyyəti nüvə fəlakətindən qurtarıb.

Stanislav Petrov

“İndi, görəsən, maşınlar həmin situasiyada hansı reaksiyanı verərdi”, – müəlliflər sual verir….