Həbsdəki bu şəxslərin adları Əfv Komissiyasına verilib: Azad oluna bilərlərbackend

Həbsdəki bu şəxslərin adları Əfv Komissiyasına verilib: Azad oluna bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Prezident yanında Əfv Məsələləri Komissiyası öz işinə başlayandan biz Monitorinq Qrupu adından öz siyahımızı təqdim etmişik. Siyahıda kifayət qədər məhbusun adı var. Mən inanıram ki, bizim siyahımız nəzərə alınacaq və kifayət qədər insan azadlığına qovuşacaq. Çünki bizim siyahımız başqa hüquq müdafiəçilərinin siyahısı kimi 100-150 deyil, konkret sayı əhatə edir. Kifayət qədər lazımlı və dəqiq siyahıdır”.
Bunu  açıqlamasında İnsan hüquqları üzrə İşçi qrupunun üzvü Səidə Qocamanlı Novruz bayramı ərəfəsində Prezident tərəfindən verilməsi gözlənilən əfvlə bağlı danışarkən bildirib.
Hüquq müdafiəçisi fərd olaraq məhbusların adını çəkmək istəməyib:
“Əfv Məsələləri Komissiyası siyahını hazırlayıb Prezidentə ötürür. Əfv sərəncamını vermək ölkə başçısının səlahiyyətindədir. Ola bilər Prezident heç ümumiyyətlə siyahıda olmayan bir şəxsin adını siyahıya salsın. Bu onun müstəsna hüququdur. Amma bizim siyahımızda həbsdə olan jurnalistlərin də, blogerlərin də, siyasi partiya üzvlərinin də, dindarların da, ömürlüklərin də adları var. Lazım olan hamının adı siyahımızda var, gözləyək, son söz Prezidentindir. Mən indidən nəsə deyə bilmərəm, çünki onların taleləri həll olunur. Hər adın arxasında bir insan taleyi durur. Ad çəkib onların azadlığına mane olmayaq”.