Həbsdə olan, koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırdırbackend

Həbsdə olan, koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti stabil ağır olaraq qalır”.
Bu barədə Oxu.Az-a açıqlamasında onun vəkili deyib.
Vəkilin sözlərinə görə, M.Quliyevin müalicəsi davam edir:
“ECMO cihazına qoşulu vəziyyətdədir, cihaz olmadan nəfəs ala bilmir. Həkimlər heç bir dəyişiklik müşahidə etmədiklərini deyirlər”.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.