Həbsdə olan keçmiş gömrük əməkdaşının sabah məhkəməsidirbackend

Həbsdə olan keçmiş gömrük əməkdaşının sabah məhkəməsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı, hazırda həbsdə olan Natiq İmanov cəza çəkdiyi 6 saylı Cəzaçəkmə Müəssisəsində iyirmi altı gündür ki, aclıq aksiyası keçirir.

Natiq İmanovun vəkili Elçin Sadıqovun Tia.az-a verdiyi məlumata görə,Natiq İmanovun aclıq aksiyası etməsinə səbəb onun barəsində açılmış cinayət işinin ədalətli şəkildə aparılmaması, Gömrük Komitəsi rəhbərliyinin qərəzli olması və onun haqqında əsassız ittihamlar irəli sürməsi, habelə sifarişlə həbs olunması və etmədiyi cinayətə görə cəzalandırılmasıdır.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi olmuş polkovnik-leytenant Natiq İmanov 5 il azadlıqdan məhrum edilib. 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. O, pensiya yaşına çatmış komitə əməkdaşlarına ödəniləcək birdəfəlik müavinətləri vaxtından əvvəl vermək üçün rüşvət almaqda təqsirli bilinib.