Həbsdə olan Əvəz Zeynallının səhhətində problemlər yarandıbackend

Həbsdə olan Əvəz Zeynallının səhhətində problemlər yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbs edilən “Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının səhhətində problemlər yaranıb.

TİA.AZ bildirir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər.

Bildirilir ki, DTX təcridxanasında saxlanılan Ə. Zeynallının görməsi kəskin şəkildə zəifləyib və güclü onurğa ağrıları əmələ gəlib.
Qeyd edək ki, jurnalist həbs olunmamışdan qabaq, son günlərdə səhhəti ilə bağlı müalicə alırdı və cərrahiyyə əməliyyatına hazırlaşırdı.
Hazırda ailə üzvləri onun sağlamlığından çox narahatdırlar:
“Təcili şəkildə ixtisaslı həkim müayinəsi və müalicəsi təşkil olunmalıdır. Azadlığa, ya ev dustaqlığına buraxılması zəruridir”.