Həbsdə olan baş memar şikayət verdibackend

Həbsdə olan baş memar şikayət verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən ilin iyul ayında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan Abşeron rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin işi apellyasiya instansiyasında davam edir.
TİA.AZ “Kriminalqafqaz”a istinadən xəbər verir ki, həmin iş üzrə Abşeron Rayon İcra Hakimiyyətinin baş memarı Akif Əliyev, Xırdalan şəhəri 3 saylı “JEK”in rəisi Murad Əhmədov, Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Babək Alıyev, Tural Ağaməmmədov və Novruz Əliyev rüşvət almaqda təqsirləndirilirdi.
Bakı Ağır Cinayətlər Məhkəməsində işin hazırlıq iclası zamanı Babək Alıyev və Tural Ağaməmmədov zalda həbs ediliblər. Bir müddət davam edən məhkəmə araşdırmasından sonra çıxarılan hökmlə təqsirləndirilən 9 nəfərdən 7-nə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Hazırlıq iclasında həbs edilən Babək Alıyev və Tural Ağaməmmədov da həmin hökmlə azadlığa buraxılıb.
Yalnız iki nəfərə həbs cəzası kəsilib – Abşeron rayonunun baş memarı olmuş Akif Əliyev 10 il 6 ay, Xırdalan şəhər 3 saylı “JEK”in rəisi Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib.
Sabiq baş memar Akif Əliyev hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Prokurorluq rüşvətdə ittiham edilib şərti cəza alaraq azadlığa buraxılanlarla bağlı protest verməyib. Müdafiə tərəfinin şikayətinə isə noyabrın 12-də Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.
Həbs edilən şəxslər Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələrlə ittiham ediliblər.