Həbs olunan daha bir yüksək vəzifəli məmur YAP-dan çıxarıldı – FOTObackend

Həbs olunan daha bir yüksək vəzifəli məmur YAP-dan çıxarıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbs olunan Ağstafa rayon İcra Hakimiyyətinin başçısının sabiq birinci müavini Ramiz Tatarov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ramiz Tatarov Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa Rayon Təşkilatının sədri vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb.

Qeyd edək ki, 2019-cu ilin dekabrında DTX-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ağstafa rayon icra başçısı Nizaməddin Quliyev və birinci müavin Ramiz Tatarov rüşvət alarkən yaxalanıblar. Onlar Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddəsilə təqsirli bilinir. Gəncə Ağır Cinayətlər Məhkəməsində həbs olunan məmurların cinayət işi üzrə təyin olunan məhkəmə prosesi davam edir.