“Həbiblə döyüşdən əvvəl normal məşq etməmişdim” – Makqreqorbackend

“Həbiblə döyüşdən əvvəl normal məşq etməmişdim” – Makqreqor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki çəki dərəcəsi üzrə sabiq UFC çempionu Konor Makqreqor (Conor McGregor) Həbib Nurməhəmmədovla (Khabib Nurmagomedov) döyüşündən danışıb.

Tia.az fanat.az-a istinadən xəbər verir ki, Konor döyüşə tam hazır olmadığı üçün uduzduğunu qeyd edib:

“Etiraf edirəm ki, Həbiblə döyüşdən əvvəl normal məşq etməmişdim. İdeal vəziyyətdə deyildim. İstədiyiniz kimi adlandıra bilərsiniz.

İndi özümü ac biri kimi hiss edirəm. Qarşıma məqsəd qoysam, istədiyim hər şeyə nail olaram. Qalibi inam gücü müəyyənləşdirir.

Həbiblə döyüşdə mənə nə mane oldu? Sadəcə, tam hazır deyildim. İnanın mənə, növbəti dəfə bu səhvi təkrarlamayacam”.