“Həbibi yenən ilk idmançı olmaq istəyirəm”backend

“Həbibi yenən ilk idmançı olmaq istəyirəm”

UFC döyüşçüsü Dastin Puarye liqanın yüngül çəkidə çempionu Həbib Nurməhəmmədovu yenən ilk idmançı olmaq istədiyini deyib.
TİA.AZ  xəbər verir ki, “MMAJunkie” Puaryenin sözlərini belə çatdırıb:
“Heç kəmər uğrunda döyüşməsək də, Həbiblə üz-üzə gəlmək istəyərdim. Hələ dağıstanlını məğlub edən, belə desəm, o zirvəyə çata bilən olmayıb. Hə, əlbəttə ki, birinci olardım. Bu, baş versə, tarixi olay sayılar. Revanş və qisas yox, istəyimi həyata keçirmək üçün Nurməhəmmədovla qaşılaşmaq həvəsindəyəm… Uşaq deyiləm ki… Həbibə qarşı hər hansı incikliyim də yoxdu. Ailə sahibiyəm… Bu işə biznes kimi yanaşıram. Gənc olanda məni yenən idmançılarla – Konor Makqreqorla və başqalarıyla təkrar döyüşmək istəyirdim. Əsla peşman deyiləm. İndi isə yenilgilərimdən nəticə çıxarmış biriyəm, daha təcrübəliyəm və məqsədim Həbibi məğlub edən ilk döyüşçü olmaqdı”.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki