Həbibdən şok hərəkət: Ferqyusonun çempionluq kəmərinə təpik vurdu – VİDEObackend

Həbibdən şok hərəkət: Ferqyusonun çempionluq kəmərinə təpik vurdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Las-Veqas şəhərində UFC 249 çərçivəsində rəqib olacaq Həbib Nurməhəmmədov və Toni Ferqyusonun mətbuat konfransı keçirilib.

Qaydasız döyüş üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov gələcək rəqibi Toni Ferqyusonu qoca və axmaq adlandırıb.

TİA.AZ  Day.az-a istinadən bildirir ki,idmançının bu fikri səsləndirdiyi mətbuat konfransı YouTube kanalında yerləşdirilib.

Rusiyalı idmançı qeyd edib ki, Ferqyuson yaxşı döyüşçüdür, lakin insani keyfiyyətlərini bəyənmir: “Onu bir insan kimi sevmirəm, çünki axmaqdır”.

Bundan başqa H.Nurməhəmmədov əlavə edib: “Mən onu əzişdirəndə, hamı deyəcək ki, mən qoca biri ilə döyüşüb məğlub etmişəm”.

Döyüşçülər yarım saat jurnalistlərin suallarını cavablandırdıqdan sonra göz-gözə gəliblər. Bu zaman Toni Ferqyuson köhnə çempionluq kəmərini nümayiş etdirib. Həbib isə onun kəmərinə təpik vurub. Deyna Vayt və mühafizəçilərin müdaxiləsindən sonra onları ayırmaq mümkün olub.

Həmin görüntüləri təqdim edirik.

Milli.Az