Həbib Nurməhəmmədovun atası komaya düşdübackend

Həbib Nurməhəmmədovun atası komaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət öncə xəstəxanaya yerləşdirilən Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov səhhəti ağırlaşıb.

TİA.AZ  xəbər verir ki, bu barədə idmançı özünün “Instagram” hesabında məlumat verib.Həbib Nurməhəmmədov bildirib ki, koronavirusa yoluxan atası Moskvadakı xəstəxanalardan birində müalicə alır: “Atam əvvəlcə pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib, lakin sonradan bir həftə komada qalıb. Hazırda idmançının atası süni nəfəs aparatına qoşulub. Atam hazırda xəstəxanadadır, vəziyyəti çox ağırdır. Bu virusun fonunda ürək problemləri də yaranıb. Bir il əvvəl ürəyindən əməliyyat olunmuşdu və indi yenidən əməliyyat olundu. Odur ki, onun səhhəti çox ağırdır”.