Həbib Nurməhəmmədov tarixin ən yaxşı futbolçusunu açıqladıbackend

Həbib Nurməhəmmədov tarixin ən yaxşı futbolçusunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın MMA döyüşçüsü Həbib Nurməhəmmədov İtaliya “Yuventus”unda çıxış edən Kriştianu Ronaldunu tarixin ən yaxşı futbolçusu adlandırıb.

Tia.az-ın məlumatına görə, dağıstanlı idmançı “UFC Russia” youtube kanalına müsahibəsində portuqaliyalı ulduz hücumçunun daim sabit çıxış etdiyini bildirib.

Nurməhəmmədovun sözlərinə görə, 36 yaşlı forvard 16 ildir zirvədədir: “Bu insan hələ 2004-cü ildə Avropa çempionatının finalında Yunanıstana uduzan Portuqaliya millisinin heyətində idi. O vaxtdan bugünədək bombardirlər siyahısında liderdir. 16 ildir eyni səviyyədə çıxış edir”.

Qeyd edək ki, Kriştianu Ronaldu ilə Həbib Nurməhəmmədov yaxın dostdur.