Həbib Nurməhəmmədov rəqibinə qarşı istifadə edəcəyi fəndləri açıqladıbackend

Həbib Nurməhəmmədov rəqibinə qarşı istifadə edəcəyi fəndləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov gələcək rəqibi Castin Qetjini boğucu üsulla məğlub etmək istədiyini etiraf edib.

Bu barədə TİA.AZ Rusiya mətbuatına istinadən xəbər verir.

“Mənim arsenalımda hələ sol əllə etdiyim “gilyotin” fəndi də var.. Bilmirəm, müvəffəq olacam ya yox, amma məşqlərdə onu edirəm.

Mənim hələ çox yaxşı kimur üsulum (ingiliscə “kimura”, – ən çox geniş yayılmış döyüş üsullarından biri- red) var. Rəqibin qarnı üstündə oturursan, onu dirsəklə vurursan və əgər kürəyini yerə versə, onda onu boğa bilərsən”.

“Ümumiyyətlə, mənim çox üsulum var, hamısını sınaqdan keçirmək maraqlıdır. Hesab edirəm ki, UFC hələ tamamilə açılmayıb, nəyə qadir olduğumu bilirəm. Üçüncü raundda “gilyotin” fəndindən istifadə etmək istərdim”, – idmançı bildirib.

Döyüş oktyabrın 24-də baş tutacaq.