Həbib Nurmaqomedov koronavirusla əlaqədar ABŞ-dan Rusiyaya qayıdıbbackend

Həbib Nurmaqomedov koronavirusla əlaqədar ABŞ-dan Rusiyaya qayıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UFC üzrə rusiyalı çempion Həbib Nurmaqomedov koronavirusla bağlı yaranmış vəziyyətə görə ABŞ-dan Rusiyaya qayıdıb.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə idmançının meneceri Rizvan Maqomedov məlumat verib.

Onun sözlərinə görə, Həbibin Toni Ferqyusona qarşı duelə hazırlaşdığı idman zalı koronavirusla əlaqədar yerli hakimiyyət tərəfindən bağlanıb: “Hazırda idmançı və komandası vətənə dönüb”.

Qeyd edək ki, bir qədər əvvəl Nurmaqomedovla Ferqyuson arasında planlaşdırılan döyüşün ABŞ-da olmayacağı ehtimal edilirdi. Eyni zamanda qarşılaşmanın keçiriləcəyi mümkün məkanlardan biri kimi Rusiyanın adı hallandırılırdı.