Həbib karyerasını rəsmən başa vurdubackend

Həbib karyerasını rəsmən başa vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütləq güləş çempionatının (UFC) çempionu, rusiyalı idmançı Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurub.

Bu barədə UFC prezidenti Deyna Uayt “Twitter”də bildirib.

 “O, 100% rəsmən təqaüddədir. Sənin necə işlədiyini izləmək inanılmaz idi, hər şey üçün təşəkkür edirəm, gələcəkdə olacaqlardan zövq al, dostum”, – Uayt yazıb.

Qeyd edək ki, 32 yaşlı Nurməhəmmədov qarışıq təkbətək döyüşlərdə 29 görüş keçirib, bir dəfə də olsun məğlub olmayıb, UFC-də o, 2012-ci ildən çıxış edib, 13 dəfə qələbə qazanıb.