backend

HDP liderləri və 11 deputat həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunub.
 Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunub.

TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəmirtaş Diyarbəkirdəki evində,Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb.

Yüksəkdağ Yüksekova rayonu Terrorçuluqla Mübarizə İdarəsinə aparılıb. Həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir Prokurorluğu tərəfindən verilib.

Dəmirtaş və Yüksəkdağdan başqa, Türkiyə parlamentinin DHP üzvü olan 11 deputat da saxlanılıb. Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.

DHP PKK terror təşkilatını dəstəkləməkdə ittiham edilir.