“HB Güvən” klinikasında həkim səhvi xəstənin ölümünə səbəb oldubackend

“HB Güvən” klinikasında həkim səhvi xəstənin ölümünə səbəb oldu

Atasının ölümündə “HB Güvən” klinikasının həkimlərini ittiham edən Zamiq Məmmədli redaksiyamıza müraciət edib.
O iddia edir ki, atası Qarabağ qazisi Məmmədov Dağbəyi Qara oğlunun ölümünə HB Güvən klinikasının həkimlərinin səhlənkarlığı səbəb olub.
Şikayətdə deyilir:
“Mən Zamiq Məmmədli 15 ildir ki, Çexiyada yaşayıram. Atamın xəstəliyi ilə əlaqədar olaraq Azərbaycana gəlib-gedirdim. Atam Məmmədov Dağbəyi Qara oğlu I qrup Qarabağ əlilidir. Onun səhhətində mərkəzi sinir sistemi ilə bağlı problem var idi. İyun ayının əvvəlində atamın səhhəti ağırlaşdı və temperaturu qalxdı. Bununla əlaqədar olaraq, biz təcili tibbi yardım xidmətinə müraciət etdik. Təcili yardım briqadası COVID-19 testi etdi və 5 gün sonra nəticənin neqativ olduğunu öyrəndik. Tanış bir həkimin vasitəsilə atamı həmin adamın çalışdığı “HB Güvən” klinikasına yerləşdirməyi tövsiyə etdi. Mən xahiş etdim ki, həkimlər atam üçün nə lazımdırsa, etsinlər. Bunun qarşılığında nə qədər pul tələb olunursa ödəyəcəyəm. İyunun 15-də atamı klinikaya apardılar. Burada onu infeksionist Nazxanım Qasımova müayinə etdi. O, atamda sətəlcəmin əlamətləri olduğundan şübhələndiyini və onun “Ege Hospital”da Kompüter Tomoqrafiyasından (KT) keçməli olduğunu söylədi. Ayın 16-da mən “Ege Hospital”a ödəniş etdim və onlara məxsus təcili tibbi yardım maşını müayinə üçün atamı apardı. 2 saat sonra müayinənin nəticələrini əks etdirən sənədləri aldım və N.Qasımovaya təqdim etdim. O, nəticələri nəzərdən keçirib bildirdi ki, atamda illər öncə keçirmiş olduğu pnevmoniyanın əlamətləri görünür. Mən də atamın təxminən 89-90-cı illərdə güclü pnevmonaniya keçirdiyini və buna görə müalicə olunduğunu qeyd etdim. N.Qasımova bildirdi ki, həmin xəstəliyin izləri qalıb və hazırda atam yüngül formada sətəlcəm keçirir. Mən isə atamın vəziyyətinin ağırlığını diqqətinə çatdırdım və bunun yüngül sətəlcəm olmadığını dedim. Hətta bunun xərçəng xəstəliyi ola biləcəyindən narahat olduğumu və bununla əlaqədar müayinə aparılmasını istədiyimi vurğuladım. N.Qasımova buna etiraz etdi. Bildirdi ki, bütün lazımi analizlər götürülüb. Hər şey nəzarət altındadır və burada atamın müalicəsini davam etdirəcəklər. Növbəti gün klinikaya gəldikdə bizi içəri buraxmırdılar. Lakin biz içəri daxil ola bildik. Çünki müəyyən şeylər var idi ki, onları almalı idik. Atam bir həftə “HB Güvən” klinikasında qaldı. Onun vəziyyət getdikcə pisləşirdi. Özü də şikayətlənirdi ki, qəbul etdiyi dərmanlar onu halsız edir. Getdikcə atamın səhhəti daha da ağırlaşdı və o, nitq qabiliyyətini itirməyə başladı. Bunu görən həkim bildirdi ki, atamı klinikadan çıxaraq. Səbəbini soruşduqda isə artıq onun vəziyyətinin stabilləşdiyini dedi. Mən şənbə günü yenidən müayinə etmələrini istədim və bazar ertəsi atamı buradan çıxardıq. N.Qasımova bildirdi ki, atama güclü dozada vərəm dərmanları yazılmalıdır ki, tez sağalsın.
Mən onun yazdığı bütün dərmanları aldım. Klinikaya isə təxminən 2700 manat məbləğində ödəniş etdim. Evə gəldikdən sonra atam yazılan dərmanları qəbul etməyə başladı. Getdikcə onun nitq qabiliyyəti itdi, daha da halsızlaşdı. Təbii ehtiyaclarını ödəyərkən ondan qan gəldiyini müşahidə etdik. Bir neçə gün sonra isə yeməkdən tamamilə imtina etdi və qan qusmağa başladı. Bu barədə həkimi N.Qasımovaya məlumat verdim. O, qəbul etdiyi dərmanlarla eyni tərkibdə sistem vurulmasını təklif etdi. Buna etiraz etdim və başqa xəstəlik ola biləcəyin şübhə etdiyimi dedim. Sonra atamı Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına apardıq və analiz verdik. Müayinə nəticəsində atamda mədə-bağırsaq xərçəginin əlamətləri olduğu aşkarlandı. Nəticələri N. Qasımovaya göndərdim, o onkoloq həkim tapmalı olduğumuzu dedi. Daha sonra isə mənim nömrəmi “blok” etdi. Biz Ramilə həkimə müraciət etdik. O, Avrasiya Klinikasına getməli olduğumuzu söylədi. Burada atam müayinə olundu. Nəticələri Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına apardıq. Həkim bildirdi ki, atamın mədəsi tam metastaz verib. O qədər həssaslaşıb ki, bərk cisim dəyən kimi qanaxma baş verəcək. Hətta dərmanların da maye halında qəbul olunmalı olduğunu dedi. Yəni, indiyədək yazılan dərmanlar yalnış olub və atamın vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarıb. Biz bununla bağlı “HB Güvən” klinikasına şkayətimizi bildirdik. Onlar isə “Ege Hospital”ın yalnışlığa yol vermiş ola biləcəyini söylədilər. Mən buna etiraz etdim və həmin klinikaya məhz onların göndərişi ilə getdiyimizi xatırlatdım.
Atam çox böyük əziyyətlə iyul ayının 26-da dünyasını dəyişdi.
Düşünürdüm ki, klinika buna görə, bizə başsağlığı verəcək, üzr istəyəcək. “HB Güvən”in baş həkimi Mansur doktora da bunu bildirdim. O isə dedi ki, gedin, bütün hüquqi yollara baş vurun. Hətta ona göndərdiyim səsyazısını da klinikanın səhifəsində paylaşıb. Mən onlara dedmişdim ki, etdiyim ödənişi son qəpiyinə qədər geri alacağam.
Daha sonra mən “Ege Hospital”da aparılan müayinən nəticələrinə yenidən baxdırdım. Məlum oldu ki, nəticələrdə mədədəki onkoloji əlamətlər açıq-aydın görünür. Yəni, buna daha öncə baxan həkim nə qədər savadsız olub ki, tamamilə başqa diaqnoz qoyub.
Mən “HB Güvən” klinikasını ona görə ittiham edirəm ki, biz israr etsək də ankomarkerlər verilmədi. O ankomarkerlər cəmi 52 manatdır. Amma onlar bizə 2700 manatlıq hesab çıxarıblar. Mən dedim ki, bunun içindən bir 50 manat ayırıb anko testlər verə bilmirdiniz, bizə 150 manatı da ayrıca ödətdirdiniz.
Dedim siz burda 1 həftə nə etmisiz? Kağızlar məndədir, 1 həftə ərzində qan və sidik analizləri verilib. Ayın 20-də analiz almağı dayandırıblar, 22-də isə biz atamı klinikadan çıxarmışıq. Yəni, atam 15-22 iyun aralığında həmin klinakada qalıb.
Atam kimi yüzlərlə xəstəyə səhv diaqnoz qoyulur. Onun başına gətirilən hamının başına gələ bilər.
Mənim tələbim odur ki “HB Güvən” klinikasında Baş həkimdən N.Qasımovaya qədər və infeksionistin ayrılmasına kim qərar veribsə, həmin şəxs də, həmçinin “Ege Hospital” klinikasında diaqnozu səhv yazan həkim də məsuliyyətə cəlb olunsun. Çünki ortada cinayət var. Eyni zamanda ödənilən pulun geri qaytarılmasını tələb edirəm. “HB Güvən” klinikasına 2700, “Ege Hospital”a 150, ümumilikdə isə 3000 AZN-dən çox pul ödəmişəm. Üstəlik, atamın dəfn xərcləri də var. 10 min manat mənəvi təzminat, 5 min manat atamın dəfni üçün tələb edirəm.
Bu iş araşdırılmalıdır. Xəstəyə müştəri, “yeriyən pul” kimi baxmaq olmaz. Həkimlər məsuliyyətli olmalıdır. Düzdür, atamı artıq itirmişik. Amma başqa insanların həyatını xilas etmək olar”.
Şikayətdə adı keçən infeksionist Nazxanım Qasımova isə e-huquq.az-a açıqlamasında ittihamları əsassız adlandırıb. O qeyd edib ki, Z. Məmmədlinin hər hansı şübhəsi varsa, məhkəməyə müraciət edə bilər: “Bu ittihamlarla əlaqədar klinika rəsmi cavab verib”.
N. Qasımova klinikanın rəsmi mövqeyini əks etdirən cavab məktubunu redaksiyamıza təqdim edib. Klinikanın rəsmi mövqeyini oxuculara təqdim edirik:
“İlk öncə Qarabağ qazisi Dağbəyi Məmmədovun itirilməsi səbəbilə ailəsinə və sevənlərinə başsağlığı veririk. COVID-19 pandemiyası ilə əlaqədar küçəyə çıxma qadağası olan o çətin günlərdə vətəndaşımızın evdə yardımsız qalmaması üçün müalicə etməyə qərar verdik. Xəstə bədən temperaturunun yüksək olması, təngənəfəslik, ümumi zəiflik, halsızlıq, iştahsızlıq, qeyri adekvat davranışlar və.s şikayətlərlə müraciət etdiyinə görə müvafiq protokollara uyğun olaraq müayinə və müalicə olunub. Pnevmoniya (adi sətəlcəm) ilə bağlı vəziyyət həm şikayət, eləcə də laboratoriya göstəricilərinə görə tamamilə gerilədikdən sonra əlavə şikayətlərin meydana çıxması bizə mümkün onkoloji vəziyyətin ola biləcəyini göstərdiyi üçün bu əsasla xəstədən əlavə onkomarker baxılmasını ailəsindən xahiş etdik. Biz həkimlər hər zaman mövcud şikayət və göstəricilər əsasında müayinə, müalicə etmək məcburiyyətindəyik. Xəstəyə əsaslandıra bilmədiyimiz heç bir əlavə müayinə və müalicə apara bilməzdik. Buna görə də klinikamızda ancaq xəstənin konkret şikayəti və bu şikayət, eləcədə ilkin müayinə göstəriciləri əsasında sonrakı müayinə və müalicəsi həyata keçirilmişdir. Qoyduğumuz diaqnoz, apardığımız müayinə və müalicə ilə bağlı verdiyimiz qərarların arxasındayıq, iddiaları qətiyyətlə rədd edir və aşağıda əsaslandırılmış olaraq geniş izah edirik. Ətraflı cavabımız: Dağbəyi Məmmədlinin vəfat etməsi ilə bağlı ailəsinə bir daha başsağılığı veririk. Allah rəhmət eləsin. Bizə yönəldilən iddialara gəldikdə isə, cavabsız heç bir məqam qalmasın deyə maddələr halında aşağıda cavablarımızı sıralayacağıq. Ondan öncə isə ictimaiyyətin məsələ ilə yaxından tanış ola bilməsi üçün ətraflı məlumatı təqdim edək. (İddia sahibi Zamig Mammadli faktları olduğu kimi təqdim etməyib, bəzi məqamları təhrif etdiyi, bəzilərini isə gizlətdiyi üçün buna ehtiyac yaranıb.) Xəstə klinikamıza gəlmədən öncə Xəstə Dağbəyi Məmmədov Qara oğlu (80 yaş, kişi) klinikaya müraciətinə qədər bədən temperaturunun yüksək olması, təngənəfəslik, ümumi zəiflik, halsızlıq, iştahsızlıq, qeyri adekvat davranışlar və.s şikayətləri olub, COVİD 19 üçün yoxlanılıb və neqativ çıxıb, ev şəraitində dəstəkləyici müalicələr alıb. Xəstənin klinikamıza gəlməsi Xəstəmiz 15 iyun 2020 tarixində (həftəsonu küçəyə çıxma qadağası tətbiq olunan günlər) klinikamıza müraciət etdi. Qızdırması olduğu üçün (COVID19 xəstəliyinə görə qızdırmalı xəstələrin xüsusi olaraq ayrılmış dövlət xəstəxanalarına yönləndirildiyi günlərdə) heç bir klinikanın qəbul etmədiyi üçün Dr.Vasif İsmayıl araçılığı ilə klinikamıza yerləşdirilmək üçün xahiş etdi.
Küçəyə çıxma qadağasına görə xəstəni və (qeyri-iş günü olduğuna görə) həkimi klinikaya gətirməsi üçün ambulans göndərildi. Xəstənin ilkin müayinəsi Klinikamıza gətirilən xəstə burada həkim tərəfindən müayinə olundu və xəstə yaxınları ilə danışıldı. Xəstənin klinikaya bədən temperaturunun yüksək olması, təngənəfəslik, ümumi zəiflik, halsızlıq, iştahsızlıq, qeyri adekvat davranışlar və.s şikayətləri qeyd olundu. Müraciət edərkən ümumi vəziyyəti ağır, huşu qeyri adekvat, vəziyyəti passiv olaraq qiymətləndirildi. Təzyiq 130/80, bədən temperaturu 37.8 dərəcə C. (Epikriz tam şəkildə təqdim olunur: Əlavə 1) Xəstənin xəstəliyinin araşdırılması, diaqnozu və müalicəsi Xəstənin ümumi ağır vəziyyətini və sərt karantin şəraitini nəzərə alaraq xəstəliyinin araşdırılması, müayinə və müalicə olunması üçün xəstə yaxınının xahişi ilə həkimimiz tərəfindən xəstə 15 iyun 2020 tarixində stationara yatırıldı. Xəstə göstəriciləri və pandemiya dövrü nəzərə alınaraq fərdi palatada yerləşdirildi. Xəstə özbaxıma ehtiyyacı olduğundan xəstə yaxınlarının xahişi ilə xəstəyə qulluq üçün individual tibb işçisi ayrıldı. Xəstənin yatışı həyata keçirildikdən sonra qanın, sidiyin ümumi analizləri, qanın biokimyəvi analizi, qan və sidik kulturası testləri aparıldı. Testlər və yanaşı faktorlar dəyərləndirildi, həkim tərəfindən ağ ciyər infeksiyası düşünüldü və ətraflı müayinə üçün Döş qəfəsi Kompüter Tomoqrafiyası (KT) etdirildi. Mövcud ağ ciyər KT göstəricisinə əsasən xəstədə vaxtilə keçirilmiş olan və hazırda mövcud pnevmonik vəziyyət (sətəlcəm) qeydə alındı. Həkim tərəfində ağ ciyər vərəminə şübhə olduğundan xəstədən Quantiferon testi istənildi.
Xəstənin vəziyyətinin yaxşılaşması və evə yazılması Xəstəyə stasionarda aparılan müalicə nəticəsində 3-cü sutkadan vəziyyəti klinik və laborator olaraq düzəlməyə başladı və iltihab göstəriciləri gerilədi, ümumi halı yaxşılaşdı. Xəstənin müalicəsinin davamı üçün evə aparıla biləcəyini və sahə həkiminin nəzarəti altında müalicəsini davam etdirilə biləcəyi bildirildi. Xəstənin yaxını (Zamig Mammadli) maddi sıxıntısının olmadığını və müalicənin stasionar şəraitdə davam etməsini xahiş etdi. Xəstə sonrakı müalicəsini evdə davam etdirməsi üçün növbəti həftə (şənbə-bazar sərt karantin günləri sonrası) 22 iyun 2020 tarixində evə yazıldı. Xəstə yaxını Zamig Mammadli hansı səbəbdən xəstənin 20 iyun 2020 tarixində evə yazıldığını qeyd etdiyini bilmirik. Xəstənin evdə müalicəsi Evə yazılarkən xəstəyə polivitamin, immunmodulyator və Vərəm pozitiv nəzərə alaraq, (5 deyil, 3-lü kombinasiya ilə) xəstənin kilo, yaş göstəricilərini nəzərə alaraq minimal dozda təyin edildi. Xəstə ev şəraitində müvafiq dərmanları 3-4 gün qəbul etdikdən sonra xəstə yaxınları vəzyyətinin yaxşı olduğunu bildirdi. Xəstənin halının yenidən pisləşməsi Ev şəraitində müalicəsinin 7-ci günü (29 iyun 2020) xəstə yaxınları xəstənin yenidən halsızlaşdığını bildirdi. Həkimi infeksionist Dr.Nazxanım Qasımova xəstənin bu vəzyyətinin iltihabi proseslə bağlı olmadığını, xəstənin altda yatan onkoloji xəstəliyinin olmasının araşdırılması gərəkdiyini bildirdi. Doktor xəstə yaxınlarına hansı onkomarrkerləri yoxlamaları gərəkdiyini də söylədi və yönləndirdi. Həkimin məsləhəti ilə xəstə yaxınları xəstənin onkomarkerlərini yoxlatdı və xəstədə onkomarkerlərin (xüsusən CEA) yüksək olması (kolorektal-mədə bağırsaq xərçəngini) təsdiqləndi.
İddialara maddə-maddə cavablarımız:
1. İDDİA: “Atama səhv diaqnoz qoyaraq həyatını məhv elədilər.” CAVAB: Savadlı kadrlarımız və düzgün müayinə, diaqnoz və müalicə prinsiplərimizin arxasındayıq. DİAQNOZ: Pnevmoniya, sağ böyrəyin mərcanvari konkrementi, keçirilmiş ağciyər vərəmindən sonrakı vəziyyət.
2. İDDİA: “15 iyunda “sətəlcəm” deyə guya “müalicə” edib daha da ağırlaşdırdılar.” CAVAB: Xəstə klinikamızda yatışda olduğu müddətdə mövcud ilkin ağır iltihabi vəziyyətlə bağlı müalicə təyin olundu, xəstə aldığı müalicə ilə vəziyyətdən çıxdı, vəziyyəti stabilləşərək evə yazıldı. Savadlı kadrlarımız və düzgün müayinə və müalicə prinsiplərimizin arxasındayıq.
3. İDDİA: “Dedik bəlkə onkomarkerlər də verilsin? Dedilər yox lazım deyil…” CAVAB: Həkimi infeksionist Dr.Nazxanım Qasımova xəstənin bu vəzyyətinin iltihabi proseslə bağlı olmadığını, xəstənin altda yatan onkoloji xəstəliyinin olmasının araşdırılması gərəkdiyini bildirdi. Doktor xəstə yaxınlarına hansı onkomarrkerləri yoxlamaları gərəkdiyini də söylədi və yönləndirdi.
4. İDDİA: “”HB Güvən”də yazılan ağır dərmanlar (təxmini 200 AZN da HB həkimi Nazxanım Qasımovanın yazdığı dərmanlara ödəmişdik) mədəsindəki yarları deşib qanaxma vermişdi. Artıq ağzından qan gəlirdi…” CAVAB: Ev şəraitində xəstə yaxınlarının qeyd etdiyi qusma və ya qanlı qusma ilə bağlı həkimə məlumat verilməyib. Movcüd dozada 5 gün qəbul edilən vərəm əleyhinə preparatlar xəstə yaxınının ittiham etdiyi kimi qanaxma verə bilməzdi və qanaxmanın səbəbi onkoloji olaraq araşdırılmalıdır.
5. İDDİA: “Xəstəxanadan çıxanda onun metastaz vermiş onkoloji mədə xəstəsi olduğunu Onkoloji instituta apararaq müəyyən etdik.” CAVAB: Səhv məlumatdır. Xəstə klinikamızda yatışda olduğu müddətdə mövcud ilkin ağır iltihabi vəziyyətlə bağlı müalicə təyin olundu, xəstə aldığı müalicə ilə vəziyyətdən çıxdı, vəziyyəti stabilləşərək evə yazıldı. Onkoloji testlər isə, xəstə evə yazıldıqdan 7 gün sonra, yenidən pisləşdikdən sonra verildi.
6. İDDİA: “”HB Güvən”dən heç olmasa üzürxahlıq istədim, həkimi Nazxanım Qasımova adlı biri idi, Mansur adlı baş həkimə, Rəşad Zeynalov adlı direktorlarına dəfələrlə yazdım, ya cavab gəlmədi ya da dedilər ki, get hara istiyirsən şikayət elə.” CAVAB: Səhv məlumatdır. Xəstə yaxını Klinikamızın baş həkimi Dr.Mansur Xəlilova Whatsapp üzərindən səsli mesajlar göndərərək ödənilən məbləğin geri ödənməsini tələb etmiş və müvafiq cavab verilib. Xəstəyə doğru tibbi xidmət göstərildiyi, əgər müayinə və müalicə barədə narazılıqları arsa müvafiq orqanlara araşdırması üçün müraciət edə biləcəkləri etika qaydalarına uyğun olaraq bildirilmişdir. (Əlavə 2)
7. İDDİA: “Həmin o klinikada 1 həftə ərzində sadəcə ağrıkəsicilər, (nədənsə revmotestlər??), sidiyin-qanın ümumi analizini dəfələrlə götürüb damarını deşik deşik etmişdilər. Adicə natrium-xlorid sistemi qoşaraq ödədiyim depoziti silməklə məşğul olublar…” CAVAB: Səhv məlumatdır. Xəstənin yatışı həyata keçirildikdən sonra qanın, sidiyin ümumi analizləri, qanın biokimyəvi analizi, qan və sidik kulturası testləri aparıldı. Testlər və yanaşı faktorlar dəyərləndirildi, həkim tərəfindən ağciyər infeksiyası düşünüldü və ətraflı müayinə üçün Ağ ciyər Kompüter Tomoqrafiyası (KT) etdirildi. Mövcud ağciyər KT göstəricisinə əsasən xəstədə vaxtilə keçirilmiş olan və hazırda mövcud pnevmonik vəziyyət (adi sətəlcəm) qeydə alındı. Həkim tərəfində ağciyər vərəminə şübhə olduğundan xəstəyə Quantiferon testi istənildi.
Aparılan Laborator İnstrumental Müayinələr: WBC – 11.86, RBC-4.42, HGB-11.7, HCT-36.5, PLT-232, AST-27.5, GGT-49.02, Kalium- 4.84, Natrium -129.87, Kreatinin-1.23, Kalsium-7.83, Qlükoza-87.07, ALT-13.88, CRP-63.54. WBC – 10.46, RBC-4.58, HGB-12, HCT-38.1, PLT-248, EÇS 34, LDH-471, CRP-70.68, Sidik kultivasiyası-Mikroorqanizm inkişaf etmədi. WBC – 10.89 ,RBC-4.29,HGB-11.4, HCT-35.5, PLT-215, CRP-53.5. Qan kultivasiyası-Mikroorqanizm inkişaf etmədi. WBC – 11.94, RBC-4.26, HGB-11.3, HCT-35.3, PLT-179, K- 4.55 , Na -132.7, CRP-43.04. WBC – 11.8 ,RBC-4.37,HGB-11.5, HCT-36.3, PLT-187, CRP-41.09. WBC – 10.99 ,RBC-4.01,HGB-10.6, HCT-32.9, PLT-165, CRP-48.83, Quantiferon-Pozitiv. Ağ ciyər KT – Sağ ağ ciyərin yuxarı payının posterior seqmentində fokal peribronxial infiltrasiya sahəsi. Sağ ağ ciyərin yuxarı payının apikal seqmentində plevroparenximal fibrotik çəkintilər və xətti atelektazilər Sağ ağ ciyərin orta payının lateral seqmentində 4 mm ölçüdə intraparenximal düyün. Sağ ağ ciyərin orta payının medial və hər 2 ağciyərin aşağı payının posterobazal seqmentində xətti atelektazilər. Sağ böyrək ləyənində 21* 15 mm mərcanvari konkrement. Qanın kultivasiyası : Mikroorqanizma inkişaf etmədi Aparılan müalicə: Maxipen 1g İV 1×2 , Vancomicin 1g İV 1×1 , Azitromicin 500mg 1×1 , Paracerol İV (EH) , Sol NaCl 400ml . Heptral 1* 2. Dufalak . Dimedrol 8. İDDİA: “Mən soruşdum kii, 2700 manata nə edilib? Niyə bu ağırlaşdı? Cavab verən olmadı.” CAVAB: Səhv məlumatdır. Xəstə yaxını Klinikamızın baş həkimi Dr.Mansur Xəlilova Whatsapp üzərindən səsli mesajlar göndərərək ödənilən məbləğin geri ödənməsini tələb etmiş və müvafiq cavab verilib. Xəstəyə doğru tibbi xidmət göstərildiyi, əgər müayinə və müalicə barədə narazılıqları arsa müvafiq orqanlara araşdırması üçün müraciət edə biləcəkləri etika qaydalarına uyğun olaraq bildirilmişdir. (Dr.Mansurla whatsapp mesajlaşmasının görüntüsü əlavə olunur.) 9. İDDİA: “”HB Güvən Klinikası” isə pul qazanmaq üçün atama “sətəlcəm” deyib 1 həftə boyunca pul yemək üçün sadəcə işkəncə veriblər…” CAVAB: Səhv məlumatdır. 7-ci iddiaya verilən cavaba baxın. Ayrıca onu da qeyd edək ki, xəstə yaxınlarının xəstə haqqında qeyri-etik istəklərini və yaxud xəstənin yaxınlarının ona münasibəti haqqında açıqlamalarını həkimlik sirri olaraq özümüzdə saxlayır və açıqlamırıq. 10. İDDİA: “Atamı 15-20 iyun arası yəni 1 həftə “HB Güvən Klinikası”na yerləşdirdik. İlk və son çıxış vaxtının vəziyyətinə baxın. Vəziyyəti o qədər ağırlaşdı ki, 26 iyulda ağrılar içində vəfat etdi…” CAVAB: Səhv məlumatdır. Xəstə klinikamıza müraciət edərkən olan xəstəliklə yox, başqa bir xəstəlikdən vəfat etmişdir. Xəstə kilinikamızdan evə yazıldıqda ağırlaşmayıb, tam tərsi vəziyyəti yaxşılaşıb evə yazılıb. Göstərilən fotoşəkillərin hansı tarixlərdə, hansı şərtlərdə çəkilməsi ilə bağlı bizdə heç bir məlumat yoxdur. 11. İDDİA: “Atam bəlkə də bir neçə il, və ya bir neçə ay uzun yaşayacaqdı, amma “HB Güvən Klinikası” deyilən qəssabxanada pula görə səhv diaqnozlarla həyatını daha da qısaltdılar….” CAVAB: Səhv məlumatdır. Klinikamızda gördüyü müalicəyə görə xəstənin ömrünün qısaldığı yanlışdır. Xəstə başqa xəstəlikdən həyatını itirib. Klinikamızda gördüyü mülalicə xəstəni başqa bir xəstəlikdən xilas edib. Müalicə xəstəni vəziyyətdən çıxarıb, ümumi vəziyyətini yaxşılaşdırıb.
Əlavələr Əlavə 1: Epikriz Xəstənin A.S.A Məmmədov Dağbəyi Qara Doğum tarixi 20 01.1940 Daxil olma tarixi 15.06.2020 Çıxış tarixi 22.06.2020 Cinsiyyət : kişi Milliyyəti Azərbaycanlı. İş yeri və gördüyü iş Ünvan ——————————– Diaqnoz Pnevmoniya, sağ böyrəyin mərcanvari konkrementi, keçirilmiş ağciyar vərəmindən sonrakı vəziyyət. Şikayətlər Bədən temperaturunun yüksək olması, təngənəfəslik, ümumi zəiflik, halsızlıq, iştahsızlıq, qeyri adekvat davranışlar və.s Anamnesis morbi Xəstə özünü bir həftədir ki xəstə hesab edir. Son 5 gündə əlamətləri artmış, xəstə müayinə üçün klinikamıza müraciət etmiş və xəstənin ümumi vəziyyəti nəzərə alınaraq xəstənin klinikaməza yatışı həyata keçirilmişdir. Xəstə müharibə iştirakçısıdır. Travma keçirmişdir və buna bağlı bəzi hərəkət və davranışları qeyri- iradidir. Nitqi ləngdir. Anamnesis vitae İrsi,zöhrəvi xəstəlikləri olmadığını bildirir. . Əvvələr ağciyar Vərəmindən müalicə aldığını bildirir. Status praesens Status localis Xəstənin ümumi vəziyyəti ağır , huşu aydın, vəziyyəti passivdir.. AT 130 \80 mmcs. Bədən temperaturu 37.8 C. Ağ ciyərləri üzərində sərtləşmiş tənəffüs eşidilir. Saturasiya 94 % Palpator olaraq qaraciyər və dalaq əllənmir. Nəcis ifrazı qəbizliyə meylli , sidik ifrazı stabildir. Müayinələr: 15.06.2020. 16.06.2020. 17.06.2020. 18.06.2020. 19.06.2020. 20.06.2020. 16.06.2020. WBC – 11.86, RBC-4.42, HGB-11.7, HCT-36.5, PLT-232, AST-27.5, GGT-49.02, Kalium- 4.84, Natrium -129.87, Kreatinin-1.23, Kalsium-7.83, Qlükoza-87.07, ALT-13.88, CRP-63.54. WBC – 10.46, RBC-4.58, HGB-12, HCT-38.1, PLT-248, EÇS 34, LDH-471, CRP-70.68, Sidik kultivasiyası-Mikroorqanizm inkişaf etmədi. WBC – 10.89 ,RBC-4.29,HGB-11.4, HCT-35.5, PLT-215, CRP-53.5. Qan kultivasiyası-Mikroorqanizm inkişaf etmədi. WBC – 11.94, RBC-4.26, HGB-11.3, HCT-35.3, PLT-179, K- 4.55 , Na -132.7, CRP-43.04. WBC – 11.8 ,RBC-4.37,HGB-11.5, HCT-36.3, PLT-187, CRP-41.09. WBC – 10.99 ,RBC-4.01,HGB-10.6, HCT-32.9, PLT-165, CRP-48.83, Quantiferon-Pozitiv. Ağ ciyər KT – Sağ ağ ciyərin yuxarı payının posterior seqmentində fokal peribronxial infiltrasiya sahəsi. Sağ ağ ciyərin yuxarı payının apikal seqmentində plevroparenximal fibrotik çəkintilər və xətti atelektazilər Sağ ağ ciyərin orta payının lateral seqmentində 4 mm ölçüdə intraparenximal düyün. Sağ ağ ciyərin orta payının medial və hər 2 ağciyərin aşağı payının posterobazal seqmentində xətti atelektazilər. Sağ böyrək ləyənində 21* 15 mm mərcanvari konkrement. Qanın kultivasiyası : Mikroorqanizma inkişaf etmədi Aparılan Müalicə Maxipen 1g İV 1×2 , Vancomicin 1g İV 1×1 , Azitromicin 500mg 1×1 , Paracerol İV (EH) , Sol NaCl 400ml . Heptral 1* 2. Dufalak . Dimedrol Nəticə Xəstəyə stasionar şəraitində aparılan müalicə nəticəsində saturasiya , bədən temperaturu stabilləşdi. CRP və EÇS gerilədi. Xəstənin infeksion durumunun geriləməsi və stabilləşməsi ilə bağlı növbəti müalicəsi ev şəraitində davam etdirilsin. Tövsiyyə İnfeksionist, ftiziator, terapevtin nəzarəti Əlavə Xəstənin yatışı həyata keçirildikdən sonra qanın , sidiyin ümumi analizləri , qanın biokimyəvi analizi , qan və sidik kulturası testləri aparılmışdır . Testlər və yanaşı faktorlar dəyərləndirilmiş , həkim tərəfindən ağ ciyər infeksiyası düşünülmüş və ətraflı müayinə üçün Ağ ciyər KT etdirilmişdir. Mövcud ağ ciyər KT göstəricisinə əsasən xəstədə vaxtilə keçirilmiş olan və hazırda mövcud pnevmonik vəziyyət qeydə alınmışdır. Həkim tərəfində ağ ciyər vərəminə şübhə olduğundan xəstəyə Quantiferon testi aparılmışdır. Quantiferon testi pozitiv olmuşdur. Vərəm + Xəstəyə stasionarda aparılan müalicə nəticəsində 3 cü sutkadan vəziyyəti stabilləşmnəyə başlamış , CRP , EÇS geriləmiş , ümumi halı yaxşılaşmışdır. Xəstə növbəti həftə (şənbə – bazar sərt karantin günləri sonrası ) 22.06.2020 tarixində növbəti müalicəsini evdə alması üçün evə yazılmışdır. Xəstəyə polivitamin , immunmodulyator və Vərəm pozitiv nəzərə alaraq , ( 5 deyil , 3 lü kombinasiya ilə ) xəstənin kilo , yaş göstöricilərini nəzərə alaraq minimal doza təyin edilmişdir”.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki