Hazırda Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdırbackend

Hazırda Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.

Xidmətdən TİA.AZ-a bildiriblər ki, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə, Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır.