Tribuna İnformasiya Agentliyi

Havaya tüstü atan zavod cərimələndi

31 Oktyabr

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı-Salyan avtomobil magistral yolunun kənarında fəaliyyət göstərən kərpic zavodundan havaya qara tüstü atılması ilə bağlı şikayət daxil olub.

Nazirliyinəməkdaşları tərəfindən sözügedən ərazidə fəaliyyət göstərən Kərpic İstehsalı zavodunun ətraf ərazilərində araşdırma və monitorinq aparılıb.

Nazirlikdən TİA.AZ-a verilən məlumata görə,zavodun ətraf ərazisinin atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb.Analizlərin nəticələrinə görə qaz birləşmələrindəntoluol 1.4, etil-benzol 4.8, meta-ksilol 1.3, his 3, tozun miqdarının isə 4.2 dəfə sanitar normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlızavodun iş icraçısı Rizvan Müslümov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.