Havanın hərarəti 43 dərəcəyə qədər qalxacaqbackend

Havanın hərarəti 43 dərəcəyə qədər qalxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Hidrometeorologiya Xidmətinin TİA.AZ-a verdiyi məlumata görə iyunun 27-də

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcək.Cənub küləyi əsəcək.Havanın temperaturu gecə 22-26 isti, gündüz 35-39 , bəzi yerlərdə 41 dərəcə,.Bakıda gecə 24-26 isti, gündüz 37-39 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 45-55 , gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

İyunun 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 , bəzi yerlərdə 43 isti, dağlarda gecə 15-20 isti, gündüz 28-33 dərəcə isti olacaq