Hava, su və Günəş… – YENİ YANACAQ – VİDEObackend

Hava, su və Günəş… – YENİ YANACAQ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun (ETH Zurich) mütəxəssisləri suhava və Günəş enerjisi vasitəsilə yanacaq istehsal edən xüsusi sistem yaradıblar. Yaradılmış sistem atmosferdəki CO2 qazı ilə suyu yığır və Günəş enerjisindən istifadə edərək onları yanacağa çevirir. Ekoloji cəhətdən təhlükəsiz texnologiyaların qlobal şəkildə yayılmadıqları üçün təmiz energetikaya keçid prosesi çox ləng gedir. Bu problemin həlli sintetik yanacaq növləri ola bilərlər. Bu cür yanacaq növləri tamamilə bərpa oluna bilən resurs rolunda çıxış edirlər və mövcud energetik infrastrukturdakı ənənəvi yanacaq növlərini tamamilə və ya qismən əvəz edə bilərlər.

 Aparılmış yeni tədqiqat çərçivəsində ETH Zurich mütəxəssisləri bu cür yanacaq növlərini istehsal etməyə imkan verən sistemi yaradıblar və onu test ediblər. Məlumatda qeyd edilib ki, sintetk yanacaq növünün yandırılması zamanı atmosferə ifraz edilən CO2 miqdarı yanacağın istehsalı üçün yığılan CO2 miqdarını keçmir. Faktiki olaraq atmosfer əvvəlki kimi daha çox çirklənmir. Mütəxəssislərin yaratdıqları sistem 3 moduldan ibarətdir: Qazı atmosferdən yığan modul, Günəş enerjisi modulu və sintetik qazı maye karbohidrogenlərə çevirən modul. Birinci modul havadakı CO2 qazını və suyu yığır.

İkinci modulda Günəş enerjisi kimyəvi reaksiyaların işə salınmaları və sintez qazların (hidrogen və dəm qazı qarışığı) əldə olunmaları üçün istifadə olunur. Nəticədə əldə olunan qaz ya ayrıca istifadə oluna ya da üçüncü modulda kerosin ilə metanola çevrilə bilər. Bu konsepsiyanın testi üçün mütəxəssislər binanın damına 5 kilovatt gücündə böyük olmayan sistem quraşdırıblar. Gün ərzində 7 saat çalışmaqla bu sistem hər gün 32 millilitr metanol istehsal edib. Bu nəticənin az olmasına baxmayaraq mütəxəssislər qeyd ediblər ki, onlar sadəcə olaraq konsepsiyanın çalışdığını sərgiləyiblər.

    Əslində isə sistemin miqyası kommersiya məqsədli istifadə üçün daha da böyüdülə bilər. Mütəxəssislərin hesablamalarına əsasən bu cür qurğulara sahib 10 böyük sahəni özündə birləşdirən zavod həmin qurğuların hər birinin 100 meqavatt Günəş enerjisi generasiya edəcəyi halda gün ərzində 95.000 litr kerosin istehsal edə bilər. Bu isə Londondan Nyu-Yorka və geri uçuşu reallaşdıran Airbus A350 səviyyəsində təyyarəni yanacaqla təmin edə bilər. Alimlərin hesablamalarına əsasən bütün aviasiya sahəsini kerosin ilə təmin etmək üçün 45.000 kvadrat metr ərazi lazım olacaq. Təəssüflər olsun ki, ilkin xərclər bu cür yanacaq növünün istehsalını çox bahalı edir. Buna görə də layihənin irimiqyaslı şəkildə reallaşdırılması üçün subsidiyalar və kənar dəstək lazımdır.