Harutyunyan: “Düşmən ölkənin əməllərindən nümunə götürməliyik…”backend

Harutyunyan: “Düşmən ölkənin əməllərindən nümunə götürməliyik…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
9 Noyabr bəyanatı erməni xalqı üçün qəbuledilməzdir.
Qaynarinfo xəbər verir ki, bu sözləri Şuşadan olan Aşot Harutyunyan jurnalistlərlə söhbəti zamanı deyib.
Qeyd edək ki, ötən gün Qarabağdan köçkün olanlar Ermənistanın Respublika meydanında etiraz aksiyası keçiriblər. Onlar qaçqın statusunun verilməsini, sosial problemlərin həllini tələb ediblər.
Aşot Harutyunyan qeyd edib ki, əgər hətta 9 Noyabr bəyanatının bəndlərini rəhbər tutsalar belə, orada qaçqınların qayıdışından bəhs edən bəndlər də yer alır.
“Doğma hökumətimiz bizi qaçqın kimi qəbul etməsə, Qarabağa dönüşümüz necə olacaq? Bizə 1988-ci ilin yanlış aparılan siyasətindən irəli gələn heç bir status verilməyib. Azərbaycan öz 350 min qaçqınını dünyaya təqdim etdi, onlar dünyanı qaçqın olduqlarına inandırdılar”, – Aşot Harutyunyan bildirib.
Aşot Harutyunyanın fikrincə, şuşalılar məğlubiyyətdən sonra bu adamlara yenidən necə inansınlar, onlar köçkünləri bundan sonra hansı xilaskar gəmiylə xilas edəcəklər? Ona görə, bu hökumət 180 dərəcə dəyişməli və milli maraqları təmsil etməyə başlamalıdır:
“Biz gərək düşmən ölkənin nəticə əldə etmiş əməllərindən nümunə götürək. Onlar qaçqınlar üçün şəhərciklər yaratdılar və beynəlxalq müşahidəçiləri gətirdilər həmin şəhərciyə. Biz də eyni şeyi etməliyik. Mən İrəvan ətrafında qaçqın şəhərciyinin yaradılmasını təklif edəndə bunu boşuna demirəm. Bunu düşünülmüş, proqramlı şəkildə etmək lazımdır. Əgər beynəlxalq ictimaiyyəti qaçqınlarınız olduğuna inandıra bilmirsinizsə, problemlərinizi necə həll edəcəksiniz? Hansısa beynəlxalq təşkilata gedib nəsə istəyəndə dərhal bizə deyirlər ki, hökumətiniz sizi qaçqın kimi tanıyır? Bax budur vacib olanı”, – Aşot Harutyunyan bildirib.