Tribuna İnformasiya Agentliyi

Haram olsun, Röya Ayxan!

28 Noyabr

Ötən həftə sonu Röya Ayxan Heydər Əliyev sarayında konsert verib.  Ötən həftə sonu Röya Ayxan Heydər Əliyev sarayında konsert verib. 

Konsertə xəbər saytlarının əməkdaşlarını buraxmayıb.

Jurnalistlər sarayın qapısından qayıdıblar. Röya da bu məsələyə təxminən belə münasibət bildirib ki, “yaxşı eləmişəm”. Sözümüz bunda deyil. Konsert onun, kef onun. Sadəcə, nəzərə alsın ki, su gələn arxa – əmin olsun – bir də gələcək və Röya xəbər portallarının əməkdaşlarına ağız açıb xahiş edəcək. Bu heç.

İt itliyi ilə ona nə vaxtsa bir sümük verən adama ömür boyu vəfa hiss edir, sədaqət göstərir. Ancaq it deyib keçməyək, söhbət dünyanın ən vəfalı heyvanından gedir, insandan yox. Bu da heç.

Aşağıda Röyanın təkcə konsertləri ilə bağlı yaydığımız xəbərlərin cəmi bir neçəsinin linki var. Və bunlar yalnız konsert elanı ilə bağlı xəbərlərdir. Və həmin xəbərlərin sadəcə çox az bir hissəsidir. Yaddaşı ilə bağlı problemləri varsa, bu günə qədər mətbuatla işlərini tənzimləyən yaxın adamlarının başqa saytları demirik, konkret bizdən elədiyi xahişləri də bir zəhmət öyrənsin. Bilməməyi mümkün deyil.

Və bu xəbərlərin heç biri üçün heç vaxt bir manat belə pul alınmayıb, istənilməyib. Bu xəbərlərin hamısı təmənnasız verilib. Röya isə bu xəbərləri yazan əməkdaşımızı konsertinə buraxmır. Adekvat olmağı biz də bacarırıq. Heç kim narahat olmasın. Bu da heç.

İtlərə verdiyimiz sümüklər halal xoşları olsun. Onlar o sümükləri heç vaxt unutmur, yaxşılığı qiymətləndirir.

Röyaya edilən hörmətlər isə haramı olsun. Unutduğu üçün.

Bunu heçə yazmayın, bunu qeyd edin.

/lent.az/