Tribuna İnformasiya Agentliyi

Haqqında kitab yazdı, sonra ərini öldürdü

14 Sentyabr

Amerikalı yazıçı Nansi Krampton Brofi ərini öldürdüyü üçün həbs edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2 iyunda baş versə də, istintaq yenicə yekunlaşıb.

Məlumata görə, 68 yaşlı yazar “Yanlış ər” kitabında sirli ölümlə həyat yoldaşını tərk edən qadının həyatından yazıb.

Daha sonra qələmə aldığı “Yanlış polis” kitabında isə hər gün həyat yoldaşını öldürmək xəyalını quran qadından bəhs edib.

Sonuncu dəfə isə “Ərini necə öldürərsən?” adlı məqalə yazıb.

Yazıçı bütün bunların nəticəsində 63 yaşlı əri Daniel Brofini restoranda qətlə yetirib.

Onun uzun müddətdir ərini hansı səbəbdən öldürmək planları qurduğu hələlik məlum deyil.