Tribuna İnformasiya Agentliyi

“Prezident seçkilərinin nəticəsi dünyanı heyrətləndirəcək” – Maduro

16 Aprel

Venesuelada mayın 20-də keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermənin nəticələri dünyanı təəccübləndirəcək.

“Qafqazinfo” xəbər verir ki, belə bir açıqlama ilə dövlət başçısı Nikolas Maduro çıxış edib:

“Mayın 20-də keçiriləcək seçkilər daxili planda uğurlu, dünya üçün isə sürpriz olacaq”. Maduro, həmçinin qeyd edib ki, hakimiyyət səsvermənin təşkilinə hazırdır.

Qeyd edək ki, “Hinterlaces” şirkətinin keçirdiyi ictimai rəy sorğusuna görə, indiki prezident dövlət başçısı postu uğrunda rəqiblərini qabaqlayır. Maduroya sorğuda iştirak edənlərin 52 faizi səs vermək niyyətindədir.

İspaniyanın hökumət sədri, Argentina, Kolumbiya və Çili liderləri bəyan ediblər ki, seçkilərin nəticələrini tanımırlar.