“Haqq yolunu tapacaq” deyən həbsdəki icra başçısı Bakıya gətirildi- 14 il cəza ala bilərbackend

“Haqq yolunu tapacaq” deyən həbsdəki icra başçısı Bakıya gətirildi- 14 il cəza ala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli rayonunun həbs edilən sabiq başçısı Vilyam Hacıyevin məhkəməsi başlayır. Həbs edilən digər icra başçılarından fərqli olaraq Hacıyevin məhkəməsi Bakıda keçiriləcək.

Musavat.com xəbər verir ki, onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin icraatına verilib.

Xatırladaq ki, Vilyam Hacıyev ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311 (rüşvət alma) və başqa maddələrlə ilə ittiham elan olunub.

İddia olunur ki, xəstəxanaya, Mədəniyyət İdarəsinə, sosial sahəyə ayrılan vəsaitləri icra başçısı mənimsəyib.

Həbs edilən zaman onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlanıb.

Qeyd edək ki, ona qarşı irəli sürülən ittiham məhkəmədə sübuta yetirilsə, 14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

V.Hacıyev isə Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılan zaman “Haqq yolunu tapacaq…” demişdi.