Hansı siniflər hansı tarixdə məktəbə gedəcək? – Nazirdən açıqlamabackend

Hansı siniflər hansı tarixdə məktəbə gedəcək? – Nazirdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həftədə 2-3 dəfə olmaqla, ibtidai siniflərdə tədrisin sentyabrın 5-dən başlamasını təklif edirik”.

TİA.AZ xəbər verir ki, bunu Operativ Qərargahın bugünkü iclasında çıxışı zamanı təhsil naziri Emin Əmrullayev deyib. O, bildirib ki, onlayn layihələr də paralel olaraq davam edəcək.

“I sinif şagirdlərinin həftədə 3, digər siniflərin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi təklif edilib. Sentyabrın 15-i 5-9-su siniflərin tədrisi onlayn şəkildə başlayır. Dərslər “Virtual məktəb” və “Teledərs” layihələri çərçivəsində aparılacaq. Ən azından gələn ilin mart ayına qədər virtual dərsləri davam etdirməyi düşünürük. 1 oktyabrdan 5-9 siniflərin əyani şəkildə məktəbə gəlməsi planlaşdırılır. Söhbər 737 min şagirddən gedir. Bakı şəhəri üzrə bu rəqəm 286 mindir. Ümumilikdə oktyabrın 1-də 1 milyon 300 min şagirdi hissə-hissə məktəbə qaytarmağı planlaşdırırıq. 15 oktyabrdan isə 10-11-ci siniflərin məktəblərə qaytarılması nəzərdə tutulur”.