Hansı məntiq və meyarla 1 ay 4 gün?.. – İqtisadçı alim (VİDEO)backend

Hansı məntiq və meyarla 1 ay 4 gün?.. – İqtisadçı alim (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Birdəfəlik yardım 200 manatdan yuxarı olmalıdır”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O bildirib ki, insanların evdə qalması ilə bağlı qərar varsa,  ehtiyacı olan aztəminatlı işsizlərə birdəfəlik yardım ödənməlidir:
 
“Əhalinin yenidən evdə qalmasına qərar verildi. Özü də bu dəfə daha uzun müddət müəyyənləşdirilib. Hansı məntiq və meyarla 1 ay 4 gün evdə qalma müddətinin seçildiyi də bəlli deyil. Amma istənilən halda insanların evdə qalması, hərəkətin SMS-lə 3 saat müddətində məhdudlaşdırılması yenidən ehtiyacı olan aztəminatlı işsizlərə birdəfəlik yardımın ödənilməsinə zərurət yaradıb”.
Qubad İbadoğlu bununla əlaqədar olaraq təkliflər verib:
1. Növbəti ildən birdəfəlik ödəmə 190 manat ola bilməz. Çünki bu məbləğ cari il üçün yaşayış minimumun dəyərini ifadə edirdi, gələn il üçün yaşayış minimumun dəyəri hələ açıqlanmasa da, böyük ehtimalla 200 manatdan az olmayacaq.
2. Bu dəfə birdəfəlik yardım bütün ölkə əhalisinə ödənilməlidir.
3. Son zamanlar işsiz kimi qeydiyyatda olan şəxsləri bu statusdan müvəqqəti adla məhrum ediməsi praktikasına son qoyulmalıdır. Bunu ona görə edirlər ki, birdəfəlik yardım alanların sayını azaltsınlar. Odur ki, belə hallar barədə yazıb, onu ictimailəşdirmək lazımdır”.
Qubad İbadoğlu tövsiyə edib ki, indiyə qədər qeydiyyata düşə bilməyən şəxslər Əmək Məşğulluq İdarəsində qeydiyyatdan keçmək üçün təkrar müraciət etsinlər. Eyni zamanda işsiz statusu almaq üçün https://e-sosial.az/#/index məşğulluq alt bölməsindən on-line formada müraciət etsinlər.
Bahar Rüstəmli