“Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür” – Türkiyə səfiri (VİDEO)backend

“Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür” – Türkiyə səfiri (VİDEO)

“Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi altındakı Qurtuluş Müharibəsində qazandığımız böyük zəfəri taclandıran Cümhuriyyətin quruluşunun 97-ci ildönümünü böyük coşqu ilə qeyd edirik”.

TİA.AZ xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral söyləyib.

“100 il öncə Qurtuluş Müharibəsində Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlib. O dönəmdə ölkəsini tərk etmək məcburiyyəti ilə üz-üzə qalan azərbaycanlı ziyalılar da Türkiyəni vətəni olaraq görüb, cümhuriyyətimizin quruluşuna önəmli töhfələr veriblər. Bu gün də Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün böyük mübarizə aparır. Cümhuriyyətin nailiyyətləri nəticəsində dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mübarizədə can Azərbaycanın yanındadır. Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi, qardaşlarımızın illər öncə tərk etmək məcburiyyətində qaldıqları yurdlarına, yuvalarına geri dönməsi üçün döyünür, əldə edilən hər zəfəri sevinc göz yaşları ilə qarşılayırıq. Bu böyük ildönümündə Cümhuriyyətimizi bizə ərməğan edən Qazi Mustafa Kamal Atatürk və silahdaşları ilə Türkiyənin və Azərbaycanın qurtuluşu, təhlükəsizliyi, rifahı və firavanlığı uğrunda həyatını fəda edən bütün şəhidlərimizi, Cümhuriyyətimizə xidməti keçənləri rəhmət və şükranla anırıq. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı! Yaşasın Cümhuriyyət!”, – o qeyd edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki