Tribuna İnformasiya Agentliyi

Hamilə arvadını ütü ilə yandıran ər məhkəməyə çıxarıldı

08 Aprel

İki il öncə hamilə arvadını ütü ilə yandıraraq işgəncə verməklə zorlayan Rüfət Mehdiyev barəsindəki hökmdən apellyasiya şikayəti verib. İki il öncə hamilə arvadını ütü ilə yandıraraq işgəncə verməklə zorlayan Rüfət Mehdiyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

TİA.AZ xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə 2015-ci ildə Sabnçu rayonu Zabrat qəsəbəsində baş verib. R.Mehdiyev arvadı Aliyə Mansurovanı hamilə olarkən döyüb, ütü ilə bədənin müxtəlif nahiyələrini yandırıb, sonra isə qadının razılığı olmadan onunla intim əlaqədə olub.

O, Cinayət Məcəlləsinin 133.2.2-cü (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verilməklə törədildikdə), 149.1-ci (zorlama), 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), və 182.3.2-ci (zor tətbiq etməklə hədə qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə  R. Mehdiyev 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Mehdiyev hökmdən apellyasiya şikayəti verib. İş icraata götürülüb və hakim Vaqif Mirsaqulovun sədrliyi ilə ilkin baxışa təyin edilib. Məhkəmə prosesin istintaqsız keçirilməsinə qərar verib. MÜdafiə tərəfi qərardan kassasiya şikayəti veriblər və şikayətə Ali Məhkəmədə baxılıb. Qərar qüvvədə saxlanılıb, işin yenidən apellyasiya prosesində baxılması davam etdirilib.
 
Növbəti iclas aprelin 10-na təyin edilib.