Tribuna İnformasiya Agentliyi

Hamı ondan danışır: Deputatlar da, xalq artistləri də, aparıcılar da – VİDEO

26 İyun

Azərbaycanın tanınmış simaları, nüfuzlu dövlət və ictimaiyyət xadimləri “Premium Dental” Stomatoloji Klinikasının baş həkimi, ABŞ təhsilli implantoloq, Dr. Azər İsmayılovun fəaliyyəti ilə bağlı ölkə mətbuatına danışıblar.

Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, Dr. Azər İsmayılov Azərbaycan səhiyyəsinə yeniliklər gətirməyi bacaran peşəkarlardandır:

«Çox sevinirəm ki, son illər digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ciddi inkişaf var. Nəinki paytaxtda, ən ucqar regionlarda belə müasir standartlara cavab verən, ən müasir avadanlıqlarla təhciz olunan tibb ocaqları tikilib fəaliyyətə başlayıb. ABŞ-da, Avropanın müxtəlif dövlətlərində təhsil almış həkimlər müasir Avropa protokollarını ölkəmizə gətirirlər. Belə peşəkar həkimlərdən biri də Dr. Azər İsmayılovdur. Onun fəaliyyət sahəsi stamatologiyadır. Bu sahə isə olduqca mühüm sahədir. İmplantologiya isə bu sahənin yeni qoludur. Bldiyimə görə, Dr. Azər İsmayılov tərəfindən icra edilən ağrısız diş əməliyyatları illərdir dişlərinin olmamasından əziyyət çəkən insanlara həm estetik gözəllik verir, həm də onların rahat qidalanmasını təmin edir».

Xalq artisti, “Şərəf” ordenli kinorejissor Oqtay Mirqasımov Dr. Azər İsmayılovun pasiyenti olub:

«Azər doktor çox peşəkar həkimdir. Bilirsiniz ki, biz işimizlə əlaqədar vaxtaşırı həm efirlərdə, həm də ictimai yerlərdə oluruq. Yaşımız da var və bu səbəbdən dişlərimizdə yaranan problemlər həm də estetik mənada müdaxiləni qaçılmaz edir. Mən o zaman maraqlandım ki, Azərbaycanda ən yaxşı impant qoyan həkim kimdir. Bir neçə nəfərdən soruşdum və hamısı yekdilliklə Azər İsmayılovun üzərində dayandı. Azər doktorun yanına getdim və nəticə inanılmaz oldu. Onun işi o qədər xoşuma gəldi ki, yanımda kimsə dişlərindən şikayət edirsə, dərhal Azər doktorun yanına göndərirəm. Azər doktorun rəhbəri olduğu klinika Bakıda ən müasir stamatoloji klinikalardan biridir».

Xalq artisti, tanınmış teleaparıcı və aktrisa Həmidə Ömərova hesab edir ki, ölkə səhiyyəsi Azər İsmayılov kimi peşəkar həkimlərin sayəsində ayaqdadır:

«Çox gözəl həkimdir. Mənə onu tövsiyyə etmişdilər. Getdim Azər doktorun yanına. Bir dişimi müalicə etdi. Rəhbəri olduğu «Premium Dental» klinikası ilə məni tanış etdi. Çox gözəl klinikadır. Seriala çəkildiyim üçün qərara gəldik ki, serial bitən kimi, Azər doktora implant qoydurum. Bir neçə gün sonra implant qoyduracam. Haqqında yalnız gözəl sözlər eşitmişəm. Dostlarımın dediyinə görə, implant qoyulmasını o qədər gözəl və ağrısız həyata keçirir ki, sadəcə valeh olursan. Mən bunu diş müalicəsi zamanı hiss etdim. ABŞ-da təhsil alıb, Avropada ixtisas artırıb, tərəddüdsüz etibar etmək olar».

Əməkdar incəsənət xadimi, tanınmış teleaparıcı və ssenarist Orxan Fikrətoğlu artıq illərdir ildir ki, Dr. Azər İsmayılovun xəstəsidir:

«Mən onu 90-cı illərin sonlarından tanıyıram. Daim öz üzərində işləyən, öz sahəsində olan yeniliklərlə dərindən maraqlanan, beynəlxalq əhəmiyyətli seminar və simpoziumlarda iştirak edən və bu sahədəki yenilikləri ölkəmizə gətirən peşəkar implantoloqdur. Eyni zamanda gülərüz və pozitiv enerji bəxş edən bir insandır. Təkcə mən yox, həyat yoldaşım, yeganə övladım və qohumlarım da dişlə bağlı problemləri Dr. Azər İsmayılova həvalə edirik. Mən efir adamıyam və dişlərim gözəl görünməlidir. Azər doktor imkan verməyib ki, məndə hər hansı diş problemi yaransın. Mən buradan bütün soydaşlarımıza çağırış edir və onları Dr. Azər İsmayılovun rəhbəri olduğu «Premium Dental» klinikasına üz tutmağa dəvət edirəm. Peşman olmazsınız!».

Tanınmış publisist və jurnalist Zamin Hacının sözlərinə görə, 15 ildir dişlərini Dr. Azər İsmayılova etibar edir:

«Artıq 15 ildir Azər doktor mənim həkimdir. Çox razıyam ondan. Həm özüm, həm həyat yoldaşım, həm də qohum-əqrabam diş problemlərini ona etibar edir. Çox unikal həkimdir. Başqa həkimə gedirsən, adamı lazımsız müayinələrə cəlb edirlər. Azər doktor isə mümkün qədər çalışır ki, sadə yollarla müalicə etsin. Tövsiyyə etdiyim adamlara deyirəm ki, get adımı vermə, çünki vicdanlı həkimdir və buna ehtiyac yoxdur. Sonradan gəlib deyirlər ki, dedi səndə heç bir problem yoxdur. Ona implant qoydurmuşam, çox razıyam. Rəhbəri olduğu klinika çox müasirdir və bütün prosedurlara əməl olunur. Gigiyenik normalara riyaət olunur. Bir dəfə implant qoyduranda tibb bacısını danladı ki, artıq proses başlayıb və sən mobil telefona toxuna bilməzsən. Halbuki o bu əməliyyatda aktiv iştirak etmirdi, yəni xəstəylə birbaşa ünsiyyəti yox idi. Tövsiyyə edirəm, çəkinmədən gedin, razı qalacaqsınız».

Tanınmış riyaziyyatçı alim, akademik Fikrət Əliyevin sözlərinə görə, Dr. Azər İsmayılov peşəkar implantoloq olmaqla yanaşı həm də istedadlı alimdir:

«O tibb üzrə fəlsəfə doktorudur. Dünyanın aparıcı universitetlərində təhsil alıb. Müasir stamatologiyanı dərindən bilir və ölkəmizdə uğurla tətbiq edir. Heç bir ağrı olmadan insanlara yeni həyat, estetik gözəllik bəxş edir. Eyni zamanda müasir implantologiyada olan yenilikləri tətbiq edir. Rəhbəri olduğu klinika ən müasir standartlara cavab verir. Hətta deyərdim ki, ölkəmizdə ən müasir stamatoloji klinikalardan birincisidir».

Xatırladaq ki, Dr. Azər İsmayılov ABŞ (New York College of Dentistry), Almaniya, İsveçrə, İtaliya və digər ölkələrdə təhsil alıb və ölkəmizin ən böyük stomatoloji klinikalarından biri – “Premium Dental” Stomatoloji Klinikasının təsisçisidir.

Əlaqə saxlama üçün: (050) 336-68-96