backend

Hamburqda 2+3 formatında görüş baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

XİN-in mətbuat katibi Hikmət Hacıyevin TİA.AZ-a verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.

Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi 2+3 (Azərbaycan, Ermənistan + Rusiya, ABŞ, Fransa) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb.