Haluk Bayraktar: “Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq”backend

Haluk Bayraktar: “Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Baykar Savunma” şirkətinin rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar Rusiyaya heç vaxt “Bayraktar” pilotsuz uçan aparatlarının satılmayacağını bəyan edib.
“Biz Ukraynanı, onun suverenliyini və müstəqilliyi uğrunda mübarizəsini dəstəkləyirik”, – deyə Haluk Bayraktar mətbuata verdiyi açıqlamada vurğulayıb.
H.Bayraktar həmçinin xatırladıb ki, Türkiyə ilə Ukrayna arasında aerokosmik və müdafiə sektorlarında strateji səviyyədə əlaqələr var.