“Halal” MTK-da usta ölübbackend

“Halal” MTK-da usta ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda tikintisi davam edən binada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 23-də Abşeron rayonu, Saray qəsəbəsində olub.

“Halal” MTK-nin inşa etdiyi hündürmərtəbəli yaşayış binasında suvaq işləri görən usta, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Həbibzadə Camal Mircəfər oğlu binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü  (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.