HAKERLƏR PAŞİNYANIN RƏSMİ SƏHİFƏSİNİ DAĞITDI – FOTObackend

HAKERLƏR PAŞİNYANIN RƏSMİ SƏHİFƏSİNİ DAĞITDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın haker qrupu Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi veb səhifəsini dağıdıblar. TİA.AZ  xəbər verir ki, bu barədə “Təbriz Xəbər” saytı məlumat yayıb.
Məlumatda deyilir ki, azərbaycanlı hakerlər Paşinyanın səhifəsinə Azərbaycan Prezidenti İlham Əliyevin Valday görüşündəki çıxışının və üzərində “Qarabağ Azərbaycandır!” sözləri yazılmış şəklini, habelə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəklini yerləşdiriblər.
TİA.AZ  məlumatı dəqiqləşdirmək üçün Paşinyanın rəsmi veb saytına giriş edib. Qeyd edək ki, məlumat dəqiqdir və hazırda Paşinyanın rəsmi saytına giriş mümkün deyil. Erməni hakerlər baş nazirin səhifəsini bərpa etmək üçün çalışdıqlarını bildiriblər.