Hafiz Hacıyev: “Poz, qazan” və “misli.az” kimi oyunlar qəbulolunmazdır”backend

Hafiz Hacıyev: “Poz, qazan” və “misli.az” kimi oyunlar qəbulolunmazdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkədə qumarı təbliğ etmək Azərbaycan xalqını müəyyən ciddi məsələlərdən kənarda saxlamaq üçün olan ideoloji bir məsələdir. Dövlətçiliyi sevən, milli qürur, milli dəyərlərə dəyər verən insan kimi bu kimi məsələləri qəbul etmirəm və onların təbliğ olunmasına çox pis baxıram. Qumardansa, milli birliyi, milli barışığı, Qarabağa “Böyük Qayıdış”ı təbliğ etsinlər”.

Bunu Pravda.az-a son vaxtlar “poz, qazan” lotoreyasının, “misli.az” kimi mərc oyunların cəmiyyətdə təbliği məsələsini şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyev deyib.

“Bu oyunlar kimindirsə, görünür, onlar böyük pullar qazanırlar bundan, üstəlik də televiziyalara, saytlara da bununla bağlı pul ayırırlar ki, onları təbliğ etsinlər. Ümumiyyətlə, belə işlər bizlik deyil. Ölkənin gələcəkdə idarə edilməsi üçün ortaya mövqe qoyan bir partiya olaraq bu kimi işlərə çox pis baxırıq. Bunun qarşısı almaq üçün də həmişə rayon, şəhər təşkilatları ilə olan müşavirələrdə, idarə heyətinin iclaslarında mübarizə aparmağı təşviq edirik. Ümumiyyətlə, kimlərinsə varlanmasını təbliğ etmək olmaz” – H.Hacıyev qeyd edib.