access_time Dərc olunub: 10:21
Gəncədə kütləvi dava: Polis döyüldü

Gəncədə polis əməkdaşı döyülərək ağır xəsarət alıb.


Report-un xəbərinə görə, gecə saatlarında Gəncə şəhərində bir qrup şəxs arasında kütləvi dava olub.

Nəticədə Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Elçin Fərman oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, E.Əliyev polis əməkdaşıdır.


Faktla bağlı araşdırma aparılır.

Şərhlər