access_time Dərc olunub: 17:48
Şura yeni qrant qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir. Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq  aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir: 1. “Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) prosesləri və hesabatları barədə geniş ictimaiyyətin məlumatlandırılması (bu məqsədlə Bakıda, digər şəhər və rayon mərkəzlərində, ali təhsil müəssisələrində, biznes-assosiasiyalarında, yaradıcılıq kollektivlərində və məktəblərdə ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur); 2. “Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) hesabatlarına və neft müqavilələrinə dair vətəndaş cəmiyyəti qurumlarının bilik və təhlil bacarıqlarının gücləndirilməsi (bu məqsədlə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyində qeydiyyatdan keçmiş QHT-lər və jurnalistlər üçün təlimlərin və master-klasların keçirilməsi nəzərdə tutulur); 3. “Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) sisteminin inkişafı. QHT ekspertləri tərəfindən: • Azərbaycanın hasilat sənayesi: Dəyər zəncirinin xüsusi metodologiya əsasında təhlili və zəif halqaların müəyyənləşdirilməsi və onların aradan qaldırılmasına dair təkliflərin hazırlanması; • HSŞ və benefisiar sahiblik: digər ölkələrin təcrübəsinin təhlili və bu təcrübədən Azərbaycanda istifadəyə dair təkliflərin hazırlanması; • HSŞ hesabatlığının “Azərbaycan standartı” layihəsinin hazırlanması;• HSŞ hesabatlığının elektron hökumət sisteminə inteqrasiyası yollarının araşdırılması və təkliflərin hazırlanması nəzərdə tutulur.  
Layihələrin müddəti
Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.
Qrantın məbləği Müsabiqə fondu 200000 (iki yüz min) manat təşkil edir.• 2016-cı ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 10000 (on  min) manat ola bilər. • 2017-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.
Müsabiqəyə əlavə edilən istiqamətlər üzrə proseduralar 
Müsabiqə üzrə ərizə və layihələrin qəbulu 07 dekabr 2017-ci il tarixindən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 5 mərhələdə aparılır:
 1-ci mərhələ - Ərizələrin qeydiyyatı və layihə təklifinin qəbulu; Bu mərhələ 07 dekabr–25 dekabr 2017-ci il saat 16.00-dək müddəti əhatə edir.  
 2-ci mərhələ - Ərizələrin texniki seleksiyası;Bu mərhələ 07 dekabr-25 dekabr 2017-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir
  3-ci mərhələ - Layihə təkliflərinin texniki seleksiyası;Bu mərhələ 07 dekabr-29 dekabr 2017-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan layihə təklifi, ona əlavə olunan sənədlər araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.  
  4-cü mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası;Bu dövr 21 dekabr 2017-ci il tarixdən–25 yanvar 2018-ci il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən ayrı-ayrılıqda və konfidensial qaydada qiymətləndirilir.   5-ci mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;Müsabiqə qalibləri 2018-ci il fevral ayının 10-dan sonra elan olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın internet saytında yerləşdiriləcək. Qalib təşkilatlara məlumat fərdi qaydada çatdırılır və müqavilə imzalanır.
Əlavə məlumatlar
Ərizənin elektron forması, həmçinin qaydaları və şərtləri ilə Şuranın www.cssn.gov.az, www.e-qht.az və www.qhtxeber.az internet saytlarında tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin Hüquq məsələləri üzrə baş məsləhətçisi Rauf Məcidbəyliyə müraciət etmək olar. Tel /faks: (012) 493 17 80, 493 17 32 (daxili 125). E-mail: r.medjidbeyli@cssn.gov.az

Şərhlər