access_time Dərc olunub: 13:50
Kişini həyətində yandırdılar, qızı ərə getdi

Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində 3 il əvvəl itkin düşmüş kişinin meyiti öz həyətində basdırılıbmış.


Hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 55 yaşlı Heybətov Aydın Dəmir oğlunun ailə münaqişəsi zəminində 2013-cü ilin iyul ayında qətlə yetirilərək, meyitinin həyətdə yandırıldığı və yerdə qalan hissələrinin Kür çayına atıldığı məlum olub.

Qətli törətməkdə Aydın Heybətovun ailə üzvləri - həyat yoldaşı Tükəzban və 2 övladı şübhəli bilinərək saxlanılıblar.

3 il ərzində Aydın Heybətovu soruşanlara ailəsindən Moskvaya "çörək pulu qazanmağa" getdiyi deyilirmiş. Amma mərhumun atası Dəmir kişinin təkidli şikayətlərindən sonra cinayətin üstü açılıb.

Qeyd edək ki, qətlindən bir həftə sonra Aydın Heybətovun qızının toyu olub.

Hazırda faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort